“Məişət zorakılığının qarşısının alınması istiqamətində Məlumat Bankı yaradılıb”
Tarix: 26.10.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı ikiillik layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə komitənin sədri Hicran Hüseynova ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlərin Prezident İlham Əliyevin siyasi dəstəyinin nəticəsi olduğunu vurğulayıb.

“Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi həyata keçiriləcək
Komitə sədri Ailə Strategiyası, Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının layihələrinin hazırlandığını bildirib. O, bu sənədlərin selektiv abortlar, erkən nikahla və ailədə zorakılıqla mübarizə sahələrini əhatə edəcəyini qeyd edib. H.Hüseynova deyib ki, mövcud qanunların prioritet istiqamətlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır. Onun sözlərinə görə, artıq qadınlar onların arxasında güclü dövlət müdafiəsinin dayandığını bilir. Komitə sədri vurğulayıb ki, təkcə qanunların qəbul olması əsas deyil, onların implementasiyası da vacibdir. Diqqətə çatdırıb ki, məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxaran zaman həmin hüquqi aktlardan istifadə edilməlidir. Bildirilib ki, “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı layihə 2 il davam edəcək və layihə dünyanın ən mühüm problemlərindən biri olan gender əsaslı zorakılığın qarşısının alınmasına həsr olunub. O deyib ki, əsas məqsəd müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılmasıdır: “Gender əsaslı zorakılıqla mübarizə aparmaq, mövcud qanunvericiliyi təkmilləşdirmək, yanlış stereotipləri dəyişmək üçün müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə səmərəli işbirliyinin olması çox vacibdir. Artıq kifayət qədər mütəxəssislər var ki, onlar qadın və uşaq hüquqlarının müdafiəsi, o cümlədən qanunvericilik sahəsinin gücləndirilməsi və digər istiqamətlərdə beynəlxalq səviyyədə öz təcrübələri ilə bölüşə bilərlər. Ölkədə qadın hüquqlarının müdafiəsi, milli qadın hərəkatının formalaşması və genişlənərək institutlaşması üçün mühüm işlər görülüb. Biz bu layihəyə böyük ümidlər bəsləyirik və inanırıq ki, qarşılıqlı əməkdaşlıq nəticəsində gender əsaslı zorakılığın qarşısının alınmasında, bu sahədə qurumlararası əməkdaşlığın təkmilləşdirməsində müsbət nəticələr əldə edəcəyik”.
“Məişət zorakılığının qarşısının alınması ilə bağlı” tədbirlər planı təsdiqlənib
H.Hüseynova qeyd edib ki, məişət zorakılığın qarşısının alınması istiqamətində Məlumat bankı yaradılıb. Onun sözlərinə görə, məlumatlar toplanaraq statistik təhlil aparılır və problemlər araşdırılır. Burada əsas iki məqsəd var, ilk növbədə araşdırmalara əsaslanaraq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, xüsusilə regionlarda seminarlar, görüşlər keçirmək, ikincisi isə hansı istiqamətdə işin aparılmasını müəyyənləşdirməkdir.
Komitə sədrinin sözlərinə görə, bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün birgə tədbirlər planı təsdiq olunub.
H.Hüseynova diqqətə çatdırıb ki, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlinir. Ermənistanın Azərbaycana təcavüzü zamanı ilk zorakılığa məruz qalan qadın və uşaqlar olur. Yaşadıqları stress, fiziki və psixoloji gərginlik uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiyası vacibdir. Dövlətin əsas prioriteti qadınların öz hüququnu bilməsi, onların fəallığını artırmaqdır. Lakin bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır. Bundan başqa, aztəhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır.

K.Kulessa:
“Zorakılıqla bağlı Azərbaycan hökumətinin gördüyü bütün işləri alqışlayıram”

BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessa Komitə ilə birgə qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Karl Kulessa məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. K.Kulessa bildirib ki, Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. Dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdən biridir. Qeyd edib ki, zorakılıqla bağlı Azərbaycan hökumətinin gördüyü bütün işləri alqışlayır. Qadınlara qarşı zorakılığın bütün hallarının qarşısını almaq üçün “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı layihəsinin həyata keçirilməsində BMT Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə böyük dəstək verib. O, bu ikiillik layihənin uğurla həyata keçiriləcəyini deyərək, əlavə edib: “Biz bu layihəyə böyük ümidlər bəsləyirik və inanırıq ki, qarşılıqlı əməkdaşlıq nəticəsində gender əsaslı zorakılığın qarşısının alınmasında, bu sahədə qurumlararası əməkdaşlığın təkmilləşdirməsində müsbət nəticələr əldə edəcəyik”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai qurumun gördüyü işlərdən danışıb. Vurğulayıb ki, dünyada gender qeyri-bərabərliyi və qadınlara münasibətdə ədalətsizlik halları hələ də geniş yayılıb. Təşkilat tərəfindən BMT-nin yuxarı eşelonlarında qadınların daha geniş təmsil olunması üçün hər cür səy göstərilir.
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bildirib ki, bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır. Erkən nikahlar, gender əsaslı zorakılıq və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir. Qeyd edib ki, həmişə olduğu kimi, bu gün də ictimai-siyasi həyatımızda fəal mövqedə duran qadınlarımız müstəqil, demokratik dövlət quruculuğunda səylə çalışır, sosial-iqtisadi inkişaf sahəsində əllərindən gələni əsirgəmirlər. Sevindirici haldır ki, dövlət və hakimiyyət orqanları qadın problemlərinə diqqəti gücləndirir. Bu sahədə görülən işlər müvafiq dövlət strukturlarının, o cümlədən qeyri-hökumət və beynəlxalq təşkilatların diqqətindədir. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın hüquqları ilə bağlı geniş və əhatəli fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizə yönəlməsinə imkan yaradıb.

“Daxili işlər orqanlarında çalışan 1347 qadının xüsusi rütbəsi var”

Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktik isin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov bildirib ki, bu ilin doqquz ayı ərzində Azərbaycanda qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb. Bu hüquqazidd əməllərə görə 2104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Onun sözlərinə görə, cinayətlərin 13 faizi, yəni 4552-dən 591-i və ya hər səkkizincisi ailə-məişət münaqişəsi zəminində baş verir. Şöbə rəisi vurğulayıb ki, hesabat dövründə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb. A.Adıgözəlov qeyd edib ki, qadınlara qarşı zorakılıq, eləcə də məişət zorakılığı ilə bağlı nazirliyə və onun ərazi polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır. Münaqişəli ailələr uçota götürülərək aidiyyəti üzrə qurumlar da cəlb edilməklə qabaqlayıcı əməliyyat profilaktiki tədbirlər həyata keçirilir. A.Adıgözəlov diqqətə çatdırıb ki, hazırda daxili işlər orqanlarında xidmət edən 2 860 qadından 1 347-si xüsusi rütbəsi olanlar, 1 513-ü mülki işçilərdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, ölkənin fəal ictimai həyatında iştirak edənlərin 48,8 faizi qadınlardır. O, məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi baxımından layihənin əhəmiyyətindən danışıb.
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Vilyam Gill və digər qurumların nümayəndələri bu gün qadınlara qarşı zorakılığın və bunun qarşısının alınmasının müasir dövrün problemlərindən biri olduğunu qeyd ediblər.

“Təhsil müəssisələri rəhbərlərinin əksəriyyəti qadındır”

"Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrinin rəhbərlərinin əksəriyyəti qadındır". Bunu Təhsil Nazirliyinin De-İnstitutlaşma və uşaqların müdafiəsi idarəsinin rəisi Məlahət Haciyeva bildirib. İdarə rəisi deyib ki, ali təhsil müəssisələrində 4 rektor, 12 prorektor, orta ixtisas təhsili müəssisələrində 7 direktor, 21 direktor müavini, ilk peşə-ixtisas təhsili müəssisələrində 12 direktor, 16 direktor müavini, ümumtəhsil məktəblərində 1202 (26,5 %) məktəb direktoru qadındır. 2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət etmiş 31779 nəfərdən 23411-i qadın olub ki, onlardan 1905 nəfəri müsabiqədən keçərək, seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin edilib. Bildirilib ki, elm sahəsində də qadınların sayı ilbəil artır, 2070 nəfər doktorantdan 1052 nəfəri qadındır. Təhsil Nazirliyində çalışan 160 dövlət qulluqçusundan 57-nin qadın olduğu açıqlanıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info