Toğrul Əsgərov və Hacı Əliyevin gənclərlə görüşü keçirilib
Tarix: 26.10.2016 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçilər Toğrul Əsgərov və Hacı Əliyev gənclərlə görüşüb.
ATGTİ-nin departament rəhbəri Hüseyn Babayev daimi olaraq keçirilən gənclərlə idmançılarımızın görüşlərinin əhəmiyyətindən danışıb və təşkilatın budəfəki qonaqları barədə qısa məlumat verdikdən sonra sözü onlara verib.
İlk öncə öz fəaliyyəti və idmana gəlməsi haqqında ətraflı məlumat verən Toğrul Əsgərov hər zaman qələbələrini Azərbaycan xalqına həsr etdiyini bildirib. 19 yaşında ən gənc olimpiya çempionu kimi tarixə düşən T.Əsgərov gənclərin ona ünvanladığı 2012-ci ildəki uğurları barədə sualları ətraflı cavanlandırıb: “2012-ci il həqiqətən də mənim üçün çox yadda qalan il oldu. Çünki, 2012-ci ildə mühüm yarışlarda uğur qazandım. Avropa çempionu adına sahib oldum, böyük Qran-prilərin qalibi oldum, ardından London Yay Olimpiya Oyunlarında qızıl medal qazandım. Mənim üçün bundan böyük sevinc ola bilməzdi.”
“Uşaqlıqda daha çox musiqiyə həvəsim var idi”. Bunu sərbəst güləş üzrə 2014-cü ilin dünya və Avropa çempionu Hacı Əliyev gənclərlə görüşündə deyib. Gənclərin suallarını cavablandırdan çempionlarımız uşaqlıqdan dost olduqlarını və hər zaman da birlikdə olacaqlarını vurğulayıblar: “Bəzən bizim dostluğumuzun sonlandığı, bir-birimizlə əzəli rəqib olduğumuz barədə söyləntilər olur. Əslində isə bu belə deyil, nə olursa rinqdə, tatamidə, meydanda qalır, dostluq isə öz hər zaman öz yerindədir.”
Görüş yekunlaşdıqdan sonra çempionlarımız gənclərə öz tövsiyyələrini verdi və onlarla xatirə şəkili çəkdirib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info