“Naxçıvan Folklor mətnlərində yaşayan tarix”
Tarix: 26.10.2016 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsinin müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işlərində Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixi, ədəbiyyatı, folkloru və digər elmi sahələri əhatəli şəkildə tədqiq olunur, öyrənilir.
Bu baxımdan İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Hüseynzadənin işıq üzü görmüş monoqrafiyası diqqəti cəlb edir. “Naxçıvan Folklor mətnlərində yaşayan tarix” adlanan yeni tədqiqat əsərində Naxçıvan folkloru öz zənginliyi, qədimliyi, xüsusilə semantik anlamı ilə öz əksini tapıb.
Gənc tədqiqatçı monoqrafiyanın nəşrində məqsədinin Azərbaycan folklorunun tərkib hissəsi olan Naxçıvan folklor mətinlərində adların, xüsusi əhəmiyyətli sözlərin genezisinin, mənasını ətraflı araşdırmaq, folklorşünaslıq üçün vacib və əhəmiyyətli sahəni təbliğ etmək olduğunu qeyd edir. Müəllif yeni nəşrdə bu qədim diyarın folklorunu öyrənmək və araşdırmaq nəinki folklorşünaslığımızın zənginləşməsinə bir töhfə verdiyini, həmçinin böyük ictimai, siyasi əhəmiyyət kəsb edən bir məsələ olduğunu göstərir.
Monoqrafiyada folklor mətnlərinin semantik şərhi ilə yanaşı, buradakı xüsusi əhəmiyyət kəsb edən adların mənaları da araşdırılır. Qeyd edək ki, araşdırmalar əsasən üç istiqamətdə aparılmışdır. Tədqiqat əsərində Naxçıvan folklor mətnlərində hazırkı dövrdə işlənən və xüsusi əhəmiyyət kəsb edən adlar, müəyyən tarixi dövr kəsiyində Naxçıvan folklorunda müəyyən sözün və ya müəyyən adın ilkin tarixi əhəmiyyəti, eyni zamanda folklor mətnlərində xüsusi əhəmiyyət kəsb edən adın və ya folklor nümunəsinin bütövlükdə şərhi və təhlili verilmişdir.
Yeni nəşr Naxçıvan Muxtar Respublikasının Folklor nümunələrində yaşayan tariximizi daha dərindən öyrənmək istəyənlər üçün qiymətli mənbədir.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info