Gürcü jurnalist: “Ermənistanın apardığı siyasət region üçün təhlükəlidir”
Tarix: 26.10.2016 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Tiflisdə Qarabağ Azadlıq Təşkilatı (QAT) tərəfindən Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib.
 
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev bildirib ki, Dağlıq Qarabağ problemi 24 ildir davam edir və ATƏT-in Minsk qrupunun münaqişənin həllinə dair gördüyü işlərin heç bir nəticəsi olmayıb.
 
Onun sözlərinə görə, bu baxımdan işğal olunmuş torpaqların azad olunması üçün məsuliyyət həm də vətəndaş cəmiyyəti institutlarının üzərinə düşür: "Biz beynəlxalq təşkilatlara müraciət etməli və deməliyik ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərəsizdir. Bütün gücümüzü Qarabağın azad olunmasına yönəltməliyik. Bu ilin aprel hadisələri bir daha göstərdi ki, Azərbaycanın güclü ordusu var və bu ordu işğal olunmuş torpaqları azad etməyə qadirdir. Biz də Gürcüstanda yaşayan azərbaycanlılar olaraq əlimizdən gələni etməyə hər zaman hazırıq".
 
QAT sədrinin birinci müavini İlqar Əli də çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub və ermənilərin Gürcüstandakı fəaliyyətindən danışıb: "Erməni separatçıları Gürcüstanda tədbir keçirməklə, qondarma rejimi dünyaya tanıtdırmaq istəyirlər. Biz isə istəyirik ki, Gürcüstan buna mane olsun. Çünki hər iki dövlət təcavüzə məruz qalıb və işğaldan əziyyət çəkir. Bu baxımdan Gürcüstanla Azərbaycan daha da sıx əməkdaşlıq etməlidir. Məqsədimiz burada Qarabağ həqiqətlərini olduğu kimi Gürcüstan ictimaiyyətə və beynəlxalq aləmə çatdırmaqdır".
 
Gürcü jurnalisti Nino Şalaberidze isə Gürcüstanla Azərbaycanın dost ölkələr olduğunu bildirib. Onun sözlərinə görə, hər iki dövlət Ermənistana qarşı birlikdə mübarizə aparmalıdır: "Ermənistanın apardığı siyasət region üçün də təhlükəlidir. Ona görə də Azərbaycan və Gürcüstan arasında sıx əməkdaşlıq qurulmalıdır".
 
Sonda Dağlıq Qarabağın işğalından bəhs edən video çarx nümayiş etdirilib.





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info