“Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
Tarix: 26.10.2016 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Oktyabrın 26-da Beyləqan rayon Mədəniyyət Mərkəzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan konfransda dini icmaların rəhbərləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Konfrans DQİDK-nin sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbiri açaraq, konfransın əhəmiyyətini vurğulayıb, ölkəmizdə tarixən hökm sürən multikultural mühitin bu gün də davam etdiyini, müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin Azərbaycandakı dini tolerantlıq, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqindən ibarət olduğunu deyib.
Komitə sədri xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərdən və onun qorunmasından, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasından bəhs edib, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsasında azərbaycançılıq ideologiyasının dayandığını bildirib.
Müstəqilliyimizi bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan komitə sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və referendumla qəbul olunmuş Konstitusiyamızda vicdan azadlığı təsbit edilib. Dövlət-din münasibətlərini tənzimləyən qanun qəbul olunub. Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti müəyyənləşib. Əgər sovetlər dönəmində Azərbaycanda 17 məscid var idisə, hazırda 2 mindən çox ibadət məkanı fəaliyyət göstərir.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır. Lakin dövlət dinə hərtərəfli dəstək göstərir. Dini icmalara dövlət tərəfindən yardımlar edilir. Eyni zamanda ölkəmizdə dinin siyasiləşməsi, dindən siyasi məqsəd üçün istifadə edilməsi qadağandır.
Komitə sədri diqqəti son dövrlər dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasına çəkərək, dini radikalizm və ekstremizmin fəsadlarından, bu kimi halların qarşısının alınması yollarından bəhs edib. Bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir.
Milli Məclisin deputatı Şahin İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin qazisi hacı Ramazan Hüseynov konfransda çıxış edərək, ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu, müxtəlif dinlərin, məzhəblərin, xalqların fikir ayrılığı olmadan, dinc, qardaşlıq şəraitində yaşadığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanda tarixən formalaşan multikultural və tolerant dəyərlər yüksək səviyyədə qorunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info