İsa Həbibbəyli:” Yaşar Qarayevin elmi yardıcılığı gənc alimlər üçün əvəzsiz qaynaqdır”
Tarix: 26.10.2016 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


“Yaşar Qarayevin irsi: ədəbiyyatın tarixi və müasir problemləri” mövzusunda konfrans keçirilib
Konfransda ədəbiyyatşünas alimin əsərlərinin 5 cildliyinin də təqdimatı olub
Oktyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Yaşar Qarayevin anadan olmasının 80 illiyinə həsr edilmiş “Yaşar Qarayevin irsi: ədəbiyyatın tarixi və müasir problemləri” mövzusunda konfrans keçirilib. Konfransda ədəbiyyatşünas alimin əsərlərinin 5 cildliyinin də təqdimatı olub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq görkəmli alimlərin yaradıcılığının, araşdırma ənənələrinin öyrənilməsini müasir elmin inkişafı üçün vacib amillərdən biri kimi dəyərləndirib. Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Yaşar Qarayevin anadan olmasının 80 illiyinə həsr edilmiş elmi sessiyanın da əsas məqsədini bu amillə bağlayaraq görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığına əvəzsiz xidmətlərindən danışıb. Konfransın AMEA-nın Rəyasət Heyətinin Yaşar Qarayevin 80 illiyinin qeyd edilməsi və əsərlərinin 5 cildliyinin nəşr olunması barədə qərarına əsasən həyata keçirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli görülmüş işləri yüksək qiymətləndirib. Yaşar Qarayevin əsərlərinin 5 cildliyini təqdim edən akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun hazırladığı digər bir kitabı – “Yaşar Qarayev: Yaxından və uzaqdan. Məqalələr və xatirələr toplusu” kitabı haqqında da bəhs edib.
AMEA-nın müxbir üzvü Yaşar Qarayevin Azərbaycan ədəbiyyatşünaslığının nadir şəxsiyyətlərindən biri olduğunu qeyd edən akademik İsa Həbibbəyli bildirib ki, onun yaradıcılıq konsepsiyası artıq elmi məktəbə çevrilib. Görkəmli alimin yaradıcı şəxisyyətini “görkəmli tənqidçi, ədəbiyyat nəzəriyyəçisi, realizmşünaslıq nəzəriyyəsinin yaradıcısı, ədəbiyyat tarixçisi” kimi səciyyələndirən akademik İsa Həbibbəyli qeyd edib ki, Yaşar Qarayevin elmi yardıcılığının, elmi araşdırma metodlarının öyrənilməsi ədəbiyyatşünaslığın inkişafı, gənc alimlər nəslinin yetişdirilməsi üçün əvəzsiz qaynaqlardan biridir.
XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “Yaşar Qarayevin nəzəri irsi və müasir ədəbiyyatşünaslığın metodoloji axtarışları”, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Yaşar Qarayevin yaradıcılıq metodu konsepsiyası” mövzularında məruzə ediblər.
Azərbaycan Respublikasının Macarıstandakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyev, filologiya elmləri doktorları Qəzənfər Paşayev, Rüstəm Kamal, Rahid Ulusel, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı çıxış ediblər. Məruzə və çıxışlarda ədəbiyyatşünas alim Yaşar Qarayevin həyatı və yaradıcılıq xüsusiyyətləri haqqında ətraflı danışılıb.
Tədbirin sonunda akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə nəşr olunmuş kitablar - “Yaşar Qarayev. Seçilmiş əsərləri” adlı 5 cildlik və “Yaşar Qarayev: Yaxından və uzaqdan. Məqalələr və xatirələr toplusu” konfrans iştirakçılarına təqdim olunub.
Tədbir boyu AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Yaşar Qarayevin həyat və yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info