Türkiyədə Birinci Türkoloji qurultayın yubileyi münasibətilə elmi konfrans keçirilib
Tarix: 26.10.2016 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Oktyabrın 20-23-də Ankarada Türkiyə Elmlər Akademiyasının təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasının iştirakı ilə Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş “Türk dünyasında elmi əməkdaşlıq və dialoq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Türkiyə Elmlər Akademiyasının prezidenti, akademik Əhməd Cavad Açar açaraq Birinci Türkoloji qurultayın böyük tarixi əhəmiyyətindən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay və elmi-mədəni inteqrasiya prosesləri” mövzusunda məruzə ilə çıxış edib. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının əhəmiyyətini xüsusi vurğulayan akademik İsa Həbibbəyli qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar haqqında ətraflı bəhs edib, latın əlifbasına keçid proseslərindəki rolundan danışıb. Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayı türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsi olduğunu bildirən akademik İsa Həbibbəyli bu möhtəşəm tədbiri türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının yeni tarixi epoxadakı vəzifələrini diqqət mərkəzinə çəkən böyük elmi forum kimi dəyərləndirib.
AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun dil problemlərinə həsr olunmuş “Birinci Türkoloji Qurultay və türk dünyası” mövzusunda məruzəsi də maraqla qarşılanıb.
Tədbirdə Türkiyənin Eye Universitetinin professoru Mustafa Öner, professor Mustafa Çufalı, Qırğız Respublikası Milli Elmlər Akademiyasının nümayəndəsi Gülzar Karıbekova, Beynəlxalq Türk Akademiyasının elmi katibi, siyasi elmlər namizədi Asxat Kesikbayev və başqaları çıxış ediblər. Türkdilli ölkələrin Elmlər Akademiyalarının nümayəndələri təmsil etdikləri ölkələrdə Türkoloji Qurultayla əlaqədar keçirilən tədbirlərdən danışıb, alimlər mövzu üzrə mülahizələrini və təkliflərini bildiriblər.
Beynəlxalq elmi tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və başqa türkdilli ölkələrin görkəmli alim və ekspertləri iştirak ediblər. Tədbirdə həmçinin Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasının gələcək fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb. Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyasına 2017-ci ilin oktyabr ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının sədrlik edəcəyi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə indiyədək bir sıra xarici ölkələrdə, o cümlədən Qazaxıstanda (Astana), Macarıstanda (Budapeşt), Tatarıstanda (Kazan) elmi konfranslar keçirilib. AMEA-nın bir sıra elmi-tədqiqat institutlarında da silsilə tədbirlər təşkil edilib.
Yekun yubiley tədbiri isə AMEA-nın təşkilatçılığı ilə noyabrın 13-15-də Bakıda keçiriləcəkdir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info