“Uzaqgörən siyasət Azərbaycanın müstəqilliyini təmin etdi”
Tarix: 27.10.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Millət vəkili Tahir Rzayev: “Danılmaz faktdır ki, Heydər Əliyev olmasaydı, Azərbaycanın bugünkü müstəqilliyindən, inkişafından, xalqımızın firavan həyatından danışmaq mümkün olmazdı”

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçib. Ölkə başçısı tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması ilə bağlı sərəncam da məhz müstəqillik tariximizin əhəmiyyəti ilə bağlıdır. Bu bir faktdır ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyin banisi, memarı və qurucusu kimi daxil olub, ulu öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma vətənə olan qayğısı nəticəsində müstəqillik tariximizdə əbədi yer tutub.
Bu gün hər bir ölkə vətəndaşı 25 illik müstəqil Azərbaycan tarixində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğundan bəhs edir. Ümummilli liderin ölkəmizin müstəqilliyinin bərpasında göstərdiyi xidmətlərdən danışan millət vəkili Tahir Rzayev bildirdi ki, həqiqətən də ulu öndər bu tarixin memarıdır: “Dövlət müstəqilliyinin 25 illiyi ilə bağlı yığıncaqda Prezident İlham Əliyev çox ciddi, vacib və perspektivli məsələlərə toxundu. O 1918-ci ilə ekskursuya elədi, müstəqilliyimizin o dövrki vəziyyəti və onun 23 ay yaşaması ilə sonrakı dövrü müqayisə elədi. Bunları bir-biri ilə əlaqələndirdi ki, hər iki dövr Azərbaycan üçün çox çətin olub. İkinci dövr birincidən də çətin olub. Əgər birinci dövrdə o vaxt bolşeviklər partiyası Azərbaycanı işğal elədisə, müstəqilliyə son qoydusa da, ikinci dövrdə bir çox qüvvələr var idi ki, istəyirdi Azərbaycan müstəqil dövlət olmasın. Ona görə də istər daxili, istər xarici qüvvələr Azərbaycanın əleyhinə müəyyən təxribatlar həyata keçirirdilər. Lakin ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsi ilə əlaqədar bu məsələlərə son qoyuldu və qarşıdurmalar aradan qaldırıldı, silahlı qruplaşmalar ləğv edildi, beynəlxalq əlaqələr möhkəmləndi. Azərbaycan dünya dövlətləri ilə səmimi münasibətlərə girə bildi”. Millət vəkilinin sözlərinə görə, ulu öndər ikinci dəfə hakimiyyətə gəlməsəydi Azərbaycan müstəqil bir dövlət kimi mövcud olmayacaqdı: “O dövrün hadisələrini yada salsaq, torpaqlarımızın əksəriyyəti ermənilər tərəfindən işğal edildi, qaçqın-köçkün axını yarandı. 1991-1993-cü ildə Müsavat-AXC cütlüyünün hakimiyyətdə olduğu dövrlərdə bütün xoşagəlməz hadisələrə zəmin yaradıldı. Sözsüz ki, o dövrdə Heydər Əliyevin qətiyyəti, onun uzaqgörən siyasəti olmasaydı, müstəqillikdən danışmaq mümkün deyildi. Müstəqilliyin bərpasının bir yolu ictimai-siyasi sabitlikdən keçirdi. Ulu öndər hakimiyyətdə olarkən birinci vəzifə kimi qarşıya qoymuşdu ki, ictimai-siyasi sabitlik yaranmalıdır. Çünki ölkədə ictimai-siyasi sabitlik olmasaydı, iqtisadiyyatı irəliləyə bilməzdi. Eləcə də beynəlxalq əlaqələri möhkəmləndirə bilməzdik, beynəlxalq aləm Azərbaycana üz çevirməzdi. Digər tərəfdən müəyyən sahələrdə, siyasətdə, hərbidə heç bir dönüş yarada bilməzdik. Ona görə də Heydər Əliyev məhz ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpasını qarşıya qoydu və bunu təmin elədi. O zamankı ayrı-ayrı silahlı birləşmələr, qruplaşmalar ləğv edildi. Ölkədə vətəndaş həmrəyliyi yaradılması üçün çox ciddi, qətiyyətli addımlar atıldı. Bundan başqa, müəyyən siyasi partiyalar var idi ki, onlar saf-çürük edildi, kimlərə xidmət eləməsi, hansı yol tutması dəqiq müəyyən olundu. O adamların bir çoxu qanun çərçivəsində, müəyyən təbliğat vasitəsi ilə öz yollarından çəkindirildi. Ölkədə əmin-amanlıq yarandıqdan sonra az bir müddətdə böyük layihələrin həyata keçirilməsinə başlandı”.
1994-cü il sentyabrın 20-də dünyada böyük əhəmiyyəti olan “Əsrin müqaviləsi” kimi neft kontraktına imza atılması Azərbaycanı dünyada tanıtdığını, siyasi xəttini müəyyən elədiyini deyən Tahir Rzayev bildirdi ki, sonrakı illərdə digər dövlət çevrilişlərinin qarşısının qətiyyətlə alınması, xarici ölkələrlə dostluğun, əməkdaşlığın təmin olunması, demokratiya, mətbuat azadlığı, insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər ölkədə müstəqilliyin bərpasının təmin olunmasına yönəldilmişdi: “O illər çətin dövr idi. Həm iqtisadiyyat zəif idi, həm Azərbaycana qarşı xarici ölkələrin təpkisi çox idi. Heç kim istəmirdi ki, Azərbaycan dünyada inkişaf edən müstəqil bir ölkə kimi tanınsın. İstəyirdilər ki, Azərbaycan kölə bir dövlət kimi kiminsə diqtəsi ilə otursun-dursun. Ancaq ulu öndər bütün bu maneələri dəf etdi. Ona görə də ölkə rəhbəri haqlı olaraq müstəqilliyin bərpa olunmasında birinci sima, şəxsiyyət kimi Heydər Əliyevin adını çəkir. Bu həqiqətdir və danılmaz bir faktdır ki, həqiqətən də, Heydər Əliyev olmasaydı, Azərbaycanın bugünkü müstəqilliyindən, inkişafından, xalqımızın firavan həyatından danışmaq mümkün olmazdı. Sözsüz ki, Heydər Əliyev dünyasını dəyişəndən sonra müstəqilliyin bərpa olunmasının təməl daşlarının daha da möhkəmləndirilməsi, irəliyə aparılması, Azərbaycanın dünyada tanıdılması vəzifəsi Prezident İlham Əliyevin üzərinə düşür. Prezidentimiz Heydər Əliyev siyasətinə sədaqətlə xidmət edərək, həmin amalların yerinə yetirilməsi uğrunda bu gün də qətiyyətlə mübarizə aparır. Azərbaycanı sevən, onun inkişafı üçün çalışan hər bir ölkə vətəndaşı danılmaz bir fakt kimi deyir, sübut edir və gələcəkdə də deyəcək ki, ikinci dəfə müstəqilliyimizin təmin olunması və bugünkü səviyyəyə gəlib çatması məhz ümummilli lider Heydər Əliyevin adı, onun fəaliyyəti ilə bağlı olub”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info