AFFA-dan Katalin Tiraya ağır cəza
Tarix: 27.10.2016 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Topaz Premyer Liqasının IX turunun “Neftçi” - “Qarabağ” matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib. PFL-in rəsmi saytının məlumatına görə, qarşılşamanın sonlarında meydana daxil olan azarkeşi vuran “Neftçi”nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.
Qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə 5 oyunluq cəzalanıb, komandası 2400 manat cərimələnib. Həmçinin 92-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat cərimə olunub. "Neftçi” klubu da rumıniyalı hücumçusu Katalin Tira ilə bağlı qərarını verib. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının IX turunda “Qarabağ”la keçirilən dünənki qarşılaşmanın sonlarında azarkeşə zərbə vuran Tiranı məşqlərdən kənarlaşdırıb. "Neftçi” rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək. Katalin Tira özü də etdiyi hərəkətlə bağlı açıqlama verib. O, özünün “Facebook" səhifəsində qarşılaşma zamanı vurduğu azarkeşdən üzr istəyib: "Hadisəyə görə çox təəssüflənirəm. Mən bu hərəkətə, sadəcə, öz komanda yoldaşımı müdafiə etmək üçün yol verdim. Bilmirdim ki, o, bizim azarkeşimizdir. Elə bildim ki, "Qarabağ"ın azarkeşidir". Tira sonda Azərbaycan dilində "üzr istəyirəm" ifadəsini işlədib. Rumın futbolçunun açıqlamasında bir məqam təəccüb doğurmaya bilməz. O deyir: "Elə bildim ki, "Qarabağ"ın azarkeşidir". "Neftçi"nin futbolçusunun bu anormal məntiqinə görə, rəqib komandanın azarkeşini vurmaqda qəbahət heç nə yoxdur.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info