Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətlər göstərilib
Tarix: 27.10.2016 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


“Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB-nin icraçı direktoru Anar Məhərrəmov iştirakçıları salamlayaraq, tədbirin mövzusu, proqramı haqqında məlumat verib. Çıxış edən layihənin əlaqələndiricisi Ümüdvar Həsənova bildirib ki, layihə çərçivəsində əhalinin aztəminatlı təbəqəsindən olan uşaqlar və onların ailələrinə (qəyyumlarına), qanunla təmasda olan uşaqlar, zərərçəkmiş və şahidlər, əlilliyi olan şəxslər, sosial cəhətdən qeyri-qənaətbəxş vəziyyətdə olan uşaqlara və onların ailələrinə, hüquq xidməti və hüquqi təmsilçilik xidməti göstərilir. Ümüdvar Həsənov qeyd edib ki, layihə çərçivəsində uşaq hüquqlarının müdafiəsi, uşaq hüquqlarının təbliği, ictimai maarifləndirmənin təşkili mövzusunda tədbirlər təşkil olunur ki, bütün bunlar uşaq hüquqlarının daha səmərəli müdafiəsi istiqamətində olduqca əhəmiyyətlidir. Ümüdvar Həsənov qeyd edib ki layihə çərçivəsində 300-dək müraciət daxil olub ki, bunlardan da 150-dən çox müraciət öz həllini taparaq müvəffəqiyyətlə yekunlaşıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info