“Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
Tarix: 27.10.2016 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


“Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində tədris şöbəsinin, icra, hüquq-mühafizə orqanlarının, bələdiyyə və biznes qurumlarının, QHT nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB-nin icraçı direktoru Anar Məhərrəmov iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib. Daha sonra çıxış edən layihənin əlaqələndiricisi Ümüdvar Həsənov bildirib ki, layihə UNİCEF tərəfindən həyata keçirilir. Layihə çərçivəsində əhalinin aztəminatlı təbəqəsindən olan uşaqlar və onların ailələrinə (qəyyumlarına), qanunla təmasda olan uşaqlar, zərərçəkmiş və şahidlər, əlilliyi olan şəxslər, sosial cəhətdən qeyri-qənaətbəxş vəziyyətdə olan uşaqlara və onların ailələrinə, hüquq xidməti və hüquqi təmsilçilik xidməti göstərilir. Ümüdvar Həsənov qeyd edib ki, layihə çərçivəsində uşaq hüquqlarının müdafiəsi, uşaq hüquqlarının təbliği, milli səviyyədə vəkillik və ictimai maarifləndirmənin təşkili mövzusunda tədbirlər təşkil olunur ki, bütün bunlar uşaq hüquqlarının daha səmərəli müdafiəsi istiqamətində olduqca əhəmiyyətlidir. Daha sonra çıxış edən layihə üzrə hüquqşünas Vüsal Məmmədov əsasən nikah pozulmaları və alimentin ödənilməsi məsələlərinə toxunub, beynəlxalq və yerli qanunvericilikdə bu məsələ ilə bağlı qəbul olunmuş qanunları iştirakçıların nəzərinə çatdırıb. O, son dövrlər boşanma faktlarının artdığını, bunun səbəb və nəticələri haqqında çıxışlar edib. Natiq uşaqların gələcəyi, sağlamlığı, düzgün tərbiyəsi, cəmiyyətə, dövlətə daha xeyirli övlad üçün sağlam ailənin vacibliyini diqqətə çatdırıb. Həmçinin o çıxışında qeydə alınmış boşanma faktları ilə əlaqədar alimentin ödənilməsinin uşaqların sosial təminatı, maddi ehtiyacları, onların təhsil almaları və digər qayğılarının aradan qaldırılması üçün vacibliyini qeyd edib. Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info