“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir”
Tarix: 27.10.2016 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Yaponiyanın Azərbaycandakı səfiri Tsukuo Takahaşi "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi "Caspian Energy" jurnalının nümayəndə heyətini qəbul edib.
 
Görüş zamanı "Caspian European Club" ("Caspian Business Club") və "Caspian Energy İnternational Media Group" çərçivəsində Azərbaycanla Yaponiya arasında informasiya əməkdaşlığını genişləndirmək perspektivlərinə toxunulub, Xəzər regionunun Yaponiyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynadığı vurğulanıb. Xəzər Fars körfəzi regionundan sonra dünyada ikinci dəyərli enerji ehtiyatları mənbəyidir. "Yaponiya tamamilə idxaldan asılı ölkə olduğu üçün neft mənbələrinin diversifikasiyası bizim üçün əhəmiyyətlidir. Bu gün neftin 8%-ini Rusiyadan, digər hissəsini isə Yaxın Şərq dövlətlərindən əldə etdiyimizdən Xəzərdə neftçıxarma bizim üçün böyük əhəmiyyət kəsb edir", - deyə T. Takahaşi qeyd edib.
 
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir. Bununla yanaşı, Azərbaycan “Cənub Qaz Dəhlizi” boru kəmərinin inşasında mühüm təşəbbüsçü rolunu oynayır. Bu isə XXI əsrdə onun Avropa qaz bazarında iştirakının əhəmiyyətliliyinə zəmanət verir. Mən Azərbaycanın gələcəkdə qaz-neft sahəsində daha böyük uğurlar qazanacağına inanıram", - deyə səfir bildirib.
 
Səfir olaraq yaxın gələcəkdə Azərbaycana yüksək səviyyədə səfərin gerçəkləşməsini arzulayıram. 
 
"Bu gün Yaponiya-Azərbaycan əlaqələri əsasən neft sahəsinə yönəldilib. Yaponiya şirkətləri ələlxüsus da "Azəri-Çıraq-Günəşli" layihəsində iştirak edir və BTC-nin səhmdarlarıdır. Azərbaycanın qeyri-neft sektorundakı potensialını nəzərə alsaq, işgüzar əməkdaşlığın başqa sahələrdə də irəliləyəcəyini söyləyə bilərik. İSUZU yük avtomobillərinin yığılması zavodunun inşası buna sübutdur", - deyə səfir qeyd edib.
 
Diplomatın sözlərinə görə, bir çox Yaponiya şirkətləri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır və onlar investisiya mühitinin təkmilləşməsi prosesini müşahidə edirlər. Yaponiya iqtisadiyyatın diversifikasiyasında, kənd təsərrüfatının, turizmin, nəqliyyatın, o cümlədən alternativ energetikanın inkişafında, yol infrastrukturunun təşkilində Azərbaycan hökumətinin qarşıya qoyduğu məqsədi dəstəkləyir. "Yaponiyanın güzəştli kreditlərindən yararlanaraq bu günə kimi biz İES-in tikintisini həyata keçirmişik. İndi Azərbaycanda elektrik enerjisinin altıda bir hissəsi Yaponiya dövlətinin dəstəyi ilə istehsal olunur. Bu, bizim üçün fəxrdir", - deyə səfir söyləyib.
 
Yaponiyada islahatların gedişatı diqqətlə izlənilir. T. Takahaşinin sözlərinə görə, Azərbaycan hökuməti investisiya mühitinin təkmilləşməsinə böyük əhəmiyyət verir. "Ümid edirəm ki, həmin proses nəticəsində Yaponiya şirkətləri bu islahatlarda fəal iştirak edəcəklər. Mən Azərbaycan dövlətinin iqtisadi islahatlar və investisiya mühitinin təkmilləşdirilməsi sahəsindəki cəhdlərini dəstəkləyirəm", - deyə səfir vurğulayıb.

Görüşün sonunda səfir "Caspian Energy" jurnalına müsahibə verib. Müsahibə zamanı o, enerji təhlükəsizliyi mövzusundan, enerji ehtiyatının yeni növlərinin əldə edilməsi imkanlarından, Yaponiyanın hasilat texnologiyasını təkmilləşdirməsindən, dünya enerji bazarlarındakı vəziyyətdən və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafından daha ətraflı bəhs edib, turizm sektorunun inkişaf perspektivlərini xüsusilə vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info