Nazir: “Qeyri-OPEC ölkələri hasilatın məhdudlaşdırılması ilə bağlı qərara etiraz etməyəcək“
Tarix: 27.10.2016 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Azərbaycanın energetika naziri Natiq Əliyev oktyabrın 29-da Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin Əlcəzair sazişinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli Komitəsinin iclasında iştirak  edəcək. Energetika Nazirliyindən verilən məlumata görə, toplantıya Azərbaycanla yanaşı, neft hasil edən qeyri-OPEC dövlətlərindən Rusiya, Qazaxıstan, Bəhreyn, Boliviya, Braziliya, Bruney, Kanada, Misir, Kolumbiya, Norveç, Malayziya, Oman, Meksika, Trinidad və Tobaqo da dəvət edilib. İclasın gündəliyinə dünya neft bazarının qısa müddətli inkişafı ilə əlaqədar təqdimat və müzakirələr, OPEC-in qərarının icrasına qeyri-üzv ölkələrin qoşulması ilə bağlı neft istehsal edən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nümayəndələri ilə müzakirələr, eləcə də tədbir çərçivəsində məsləhətləşmələrin aparılması daxildir.
Görüşlə əlaqədar N. Əliyev bildirib ki, Azərbaycan dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün irəli sürülən təşəbbüsə qoşulur və razılaşmanın əldə olunması üçün öz töhfəsini verməyə hazırdır: "Düşünmürəm ki, kartelə üzv olmayan dövlətlər neft hasilatının məhdudlaşdırılması ilə bağlı yekun qərarın qəbuluna etiraz etsinlər. Burada həlli vacib məsələ OPEC üzvləri, xüsusilə də İran, Liviya, Nigeriya və Səudiyyə Ərəbistanı kimi dövlətlər arasında ziddiyyətlərin aradan qaldırılması, ümumi razılığın əldə olunmasıdır". N. Əliyev onu da əlavə edib ki, Azərbaycanın öz neft hasilatını və ixracını artırmayacağı ilə bağlı mövqeyi  iclas çərçivəsində nəzərdə tutulan ayrı-ayrı görüşlərdə də bir daha bəyan ediləcək.
Xatırladaq ki, sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri sutkalıq neft hasilatını 32,5-33 mln. barel səviyyəsində dondurmağı razılaşdırıb. Yekun qərarın isə noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşdə veriləcəyi gözlənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info