Poroşenko: “Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsi fərəhləndirici haldır”
Tarix: 27.10.2016 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın bu ölkəyə təyin olunmuş yeni səfiri Azər Xudiyevin etimadnaməsini  qəbul edib.
 
Səfirlikdən verilən xəbərə görə, etimadnaməni qəbul edən P. Poroşenko Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. O, səfir A. Xudiyevə ölkələr arasındakı çoxşaxəli əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində  uğurlar arzulayıb. Prezident BMT TŞ-da Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Dövlət başçısı Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində yürütdüyü siyasətin dəyişmədiyini və bundan sonra da beynəlxalq arenada Azərbaycanın istənilən haqlı mövqeyinə dəstək verəcəyini vurğulayıb.
 
Bu ilin iyul ayında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayan P. Poroşenko prezident İlham Əliyevin rəhbərliyi ilə tək Azərbaycanda deyil, ümumiyyətlə, bölgədə qlobal sosial-iqtisadi layihələrin həyata keçirildiyini bildirib. O, Azərbaycanın inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilməsinin fərəhləndirici hal olduğunu qeyd edərək, son illər yenidən qurulmuş  Bakı şəhərinin gözəlliyinə valeh olduğunu deyib. P. Poroşenko Azərbaycan və Ukrayna Prezidentləri Şurasında, o cümlədən iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyasının 11-ci iclasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Rəsmi Kiyevin Azərbaycanla iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini söyləyən prezident bu istiqamətdə müştərək istehsalat şirkətlərinin qurulmasının zəruriliyinə diqqət çəkib. O, dövlət müstəqilliyinin 25-ci il dönümü münasibətilə Azərbaycan xalqına xoş və səmimi təbriklərini ünvanlayıb.
 
Azərbaycanla bağlı dediyi isti və səmimi sözlərə görə Ukraynanın dövlət başçısına dərin minnətdarlığını bildirən səfir Azər Xudiyev beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycan və Ukraynanın dostluğunun daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Россия готова поставить Турции истребители Су-35
18.07.2019
Hansı daha üstündür: F-35, yoxsa Su-57?
18.07.2019
Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var
18.07.2019
Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb
17.07.2019
Putin: “Avropa ittifaqı ilə dialoqa hazırıq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info