Naxçıvanda 20-dən çox yeni müəssisə fəaliyyətə başlayacaq
Tarix: 27.10.2016 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 16-sı istehsal, 7-si isə xidmət sahəsi olmaqla, ümumilikdə, 23 müəssisənin yaradılması istiqamətində işlər artıq başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, yeni yaradılmış müəssisələr, əsasən, mebel, qapı-pəncərə, dəri emalı sahəsinin fəaliyyətinin genişləndirilməsi, çörək (lavaş), unlu-qənnadı məmulatları istehsalı sahələri, eyni zamanda, istixana, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını əhatə edir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, cari ilin doqquz ayında Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına ərzaq, həmçinin qeyri-ərzaq məhsulları və müxtəlif növ xidmət sahələri olmaqla, 12 müxtəlif təyinatlı istehsal, 4 xidmət sahəsi, ümumilikdə, 16 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilib. Doqquz ayda Sahibkarlığa Kömək Fondu tərəfindən 17 yeni layihə olmaqla, 9 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5.238.700 manat maliyyə dəstəyi göstərilib.
Qeyd edək ki, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal olunur. Bu məhsulların 120 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. Naxçıvanda 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi təmin edilib.





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info