“ADA” Universiteti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “ADA Universiteti ilə tanışlıq günü" keçirilib. Görüşdə universitetin magistratura pilləsinin dekan və tələbələri, universitetin müəllim-professor heyəti, tələbə qəbulu şöbəsinin kollektivi, ATGTİ nümayəndələri və müxtəlif təhsil müəssisələrindən olan 300-ə yaxın 3 və 4-cü kurs tələbələri iştirak ediblər. Görüş yüksək istək üzərə iki növbədə keçirilib.
Görüşdə itirak edən tələbələrə əsasən magistratura pilləsində təhsil almaqla bağlı ətraflı məlumatlar verildi. Daha sonra “ADA” Universitetinin inzibati binası, sinif otaqları, kitabxanası ilə yaxından tanış olan tələbələr onları maraqlandıran suallara cavab tapa bilib.
|