Natiq Əliyev: “Azərbaycan CAR-ın böyük enerji potensialının inkişafına kömək göstərməyə hazırdır”
Tarix: 27.10.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Cənubi Afrika Respublikasının CAR) ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefane Energetika Nazirliyində olub.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilərək, iqtisadi, xüsusilə də enerji sahəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib. İkitərəfli münasibətlərin möhkəmləndirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığını qeyd edən energetika naziri Natiq Əliyev bunu qarşılıqlı anlaşmanın göstəricisi kimi dəyərləndirib.
Nazir Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi yola diqqət yönəldərək, enerji sektorunun ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrdən danışıb. Neft, qaz və elektrik enerjisinə daxili tələbatın ödənildiyi qeyd edilib. Enerji resurslarının ixracı istiqamətində həyata keçirilən iri layihələrlə bağlı məlumat verilib.
Bildirilib ki, Azərbaycan hökuməti hazırda iqtisadiyyatın şaxələndirilməsi, eləcə də yeni bazarların müəyyənləşdirilməsi istiqamətində islahatlar həyata keçirir və ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaradılır.
Azərbaycanda əlverişli biznes mühiti, sərmayələrin qoyuluşu üçün münbit şəraitin olduğunu vurğulayan N. Əliyev enerji sektorunda, xüsusilə də neft emalı, neft-kimya sahəsində də yeni proqramların reallaşdırıldığını diqqətə çatdırıb.
CAR-ın səfiri isə bildirib ki, Cənubi Afrika hökuməti Azərbaycanla əlaqələrə böyük önəm verir və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanın neft hasilatında tarixi təcrübəyə malik olduğunu vurğulayan səfir mütəxəssislərin hazırlanmasında, enerji sektorunun inkişafında bu təcrübədən bəhrələnmək niyyətlərini ifadə edib.
N. Əliyev Azərbaycanın enerji sahəsində təcrübəsini bölüşməyə və CAR-ın böyük enerji potensialının inkişafına kömək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə, eyni zamanda, səhraaltı Afrikada enerji çatışmazlığının doğurduğu narahatlıqlar, 2035-ci ilə qədər Afrikanın enerji tələbatının ödənilməsi üçün görülməli olan tədbirlər, xüsusilə də enerji resurslarına çıxış üçün regionda sülh, siyasi və iqtisadi sabitliyin təmin edilməsinin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info