İranlı qonaqla əmək və sosial təminat sahəsində islahatlara dair təcrübə mübadiləsi aparılıb
Tarix: 27.10.2016 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin Əmək, Məşğulluq və Sosial Təminat Departamentinin rəisi Mirəhəd Hüseyni ilə görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ölkəmizdə dinamik inkişafın təmin edilməsi yönündə qazanılan nailiyyətləri diqqətə çatdırıb, milli əmək siyasətinin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirildiyini vurğulayıb. F.Əlizadə Azərbaycanın əmək qanunvericiliyi, vətəndaşların və həmçinin respublikamızda əmək fəaliyyəti göstərən xarici ölkə vətəndaşlarının əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib.
Xidmət rəisi son illərdə tətbiq olunan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən bəhs edib. 2014-cü ilin iyul ayından tətbiq olunan bu sistemin əmək bazarına çevik və obyektiv, səmərəli dövlət nəzarətinə şərait yaratdığı, işçilərin əmək və gələcək layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsas formalaşdırdığı vurğulanıb. Qeyd olunub ki, nazirliyin digər avtomatlaşdırılmış sistemləri ilə yanaşı BMT-nin portalında yerləşdirilərək uğurlu təcrübə kimi təbliğ olunan bu elektron sistemdən cari ilin 01 oktyabr tarixinə qədər 6 031 782 dəfə istifadə edilib. Əhalinin məşğulluq imkanlarının artırılması, o cümlədən şəhər və kənd yerlərində əmək resurslarından səmərəli istifadənin təmin olunması, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, sosial təminat sisteminin gücləndirilməsi sahələrində görülən işlər və nəticələri barədə də ətraflı məlumatlar verilib.
M.Hüseyni ölkəmizdə əmək və sosial təminat sisteminin müasir innovasiyalar əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlara, xüsusən əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə, ölkəmizdə icra edilən aktiv əmək bazarı proqramlarına dair məlumatların onda maraq doğurduğunu vurğulayıb. O öz növbəsində rəhbərlik etdiyi departamentin iş təcrübəsi, əmək hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlərdən söz açıb. M.Hüseyni müvafiq sahələrdə təcrübə və məlumat, həmçinin mütəxəssis mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini qeyd edib.
Görüşdə əmək və sosial təminat sahəsində islahatlarla bağlı təcrübə və məlumat mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
17.09.2018
Bu ildən Aqrar Universiteti fərqlənmə diplomu ilə bitirən tələbələr işlə təmin olunacaqlar
17.09.2018
Murad Həsənli: “Bir qrup gənclə qan verməyi planlaşdırmışıq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info