Vergi ödəyicilərinin ixtiyarına yeni xidmətlər verilir
Tarix: 27.10.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Vergi ödəyicilərinin vaxtına qənaət etməsi, göstərilən xidmətlərin daha rahat və əlçatan olması məqsədilə Vergilər Nazirliyi tərəfindən mütəmadi olaraq yeni layihələr həyata keçirilir, xidmətlər istifadəyə verilir və ya mövcud xidmətlər elektronlaşdırılır.
Vergilər Nazirliyindən bildirilib ki, tədbirlər planında müəyyənləşdirilmiş tapşırıqların icrası ilə bağlı nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsi tərəfindən bir sıra layihələr həyata keçirilir. Onlardan biri “Vergi borcu barədə məlumatın verilməsi” elektron xidmətinin tətbiqi ilə bağlıdır.
Bu xidmətdən istifadə edən ödəyicilərə nazirliyin Çağrı Mərkəzi vasitəsilə, İnternet Vergi İdarəsinə daxil olmaqla, SMS göndərməklə vergi borcunun öyrənilməsi imkanı yaradılıb. Yaxın vaxtlarda isə nazirliyin rəsmi internet saytında da (www.taxes.gov.az) vergi borcu barədə məlumatın verilməsinə şərait yaradılacaq və bu xidmətin bir ad altında – “Vergi borcu barədə məlumatın verilməsi” kimi elektron xidmətlər reyestrinə daxil edilməsi nəzərdə tutulur.
Həyata keçiriləcək daha bir yenilik isə Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə-dublikatın verilməsi, “ASAN imza” istifadəçi İD-nin dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlərin tətbiqidir. Artıq bu xidmətlərlə bağlı texniki tapşırıqlar, hər xidmət üzrə inzibati reqlament və müvafiq qərar layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Yeniliklərdən biri də xidmət mərkəzlərinə müraciət edən şəxslər üçün nazirliyin rəsmi internet saytından istifadə etməklə əvvəlcədən növbəyə yazılmaq imkanının yaradılması olacaq. Bu xidmət vergi ödəyicilərinin vaxtlarına qənaət etməsinə imkan verəcək. Hazır sənəd barədə məlumatın axtarışı elektron xidmətinin tətbiqinin həyata keçirilməsi də gözlənilən yeniliklərdəndir. Bu xidmət istifadəyə verildikdən sonra xidmət mərkəzlərinə müraciət etmiş şəxs cavab sənədlərinin hazır olub-olmaması barədə məlumatı internet üzərindən əldə edə biləcək.
Həmçinin şifrə, parolun dəyişdirilməsi prosesi də təkmilləşdirilir. Vergi ödəyiciləri tərəfindən istifadəçi kodu, parol və şifrənin unudulması və ya itirilməsi səbəblərindən “şifrə, parolun dəyişdirilməsi” üzrə müraciətlərin sayının artmasını, eləcə də həm vergi ödəyiciləri, həm də vergi orqanlarında vaxt və resurslara qənaət olunacağını nəzərə alaraq, bu xidmətin qeydiyyat ünvanı nəzərə alınmadan istənilən xidmət mərkəzində və ərizənin düzgünlüyü təmsilçi tərəfindən yoxlanıldıqdan dərhal sonra yerindəcə emal olunaraq vergi ödəyicisinə yeni istifadəçi kodu, parol və şifrənin verilməsi təklif olunur.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info