Akademik Urxan Ələkbərov: “Naxçıvan innovativ inkişaf sahəsində liderliyini qoruyub saxlayır“
Tarix: 27.10.2016 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə böyük inkişafın təmin olunması, ilk növbədə, muxtar respublikada dövlət idarəçiliyi sahəsində atılan ardıcıl və qətiyyətli addımların, idarəetmənin düzgün təşkil edilməsinin nəticəsidir. Düzgün idarəetmədə başlıca amil olan varisliyin qorunması burada hər bir sahədə özünü büruzə verir. Muxtar respublikaya hər gəlişimizdə böyük dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Naxçıvan şəhəri ilbəil deyil, günbəgün gözəlləşir, abadlaşır.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Naxçıvana səfəri zamanı "Şərq qapısı" qəzetinə müsahibəsində deyib. Akademik bildirib ki, Naxçıvanda bütün sahələrdə innovasiyaların tətbiqi yüksək səviyyədədir. Bu da onu deməyə əsas verir ki, həyata keçirilən bütün layihələr yaxşı nəticə verəcəkdir. Sözsüz ki, innovasiyaların ortaya çıxarılması və inkişafı işə təşəbbüskar yanaşan gənclərin, həmçinin ixtisaslı kadrların olmasından asılıdır. Naxçıvana budəfəki gəlişimiz zamanı da şahidi olduq ki, bütün sahələrdə yüksək intellektə malik gənc kadrlara geniş imkanlar yaradılır, yaradıcı təşəbbüslər dəstəklənir. Məncə, qazanılan uğurların səbəblərindən biri də budur. Burada orta məktəb təhsilindən universitetlərə qədərki prosesdə işə təşəbbüskar, innovativ yanaşma təmin edilib.
“Təhsilin səmərəli nəticələrinin əldə olunması bu sahəyə təşəbbüskar yanaşma ilə mümkün olub. Təşəbbüskar tələbə və müəllimlərə sahib olan, ən müasir texnologiyalarla təchiz edilən muxtar respublikanın ali məktəbləri çox səmərəli iş ortaya qoyaraq, yaxşı nəticələr əldə edirlər”, – deyən akademik Urxan Ələkbərov deyib ki, bu gün muxtar respublika qarşıda duran strateji vəzifənin öhdəsindən layiqincə gəlib, qədim diyarda sosial-iqtisadi həyat daha da modernləşdirilib və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılıb, davamlı iqtisadi inkişaf təmin edilib, əhalinin həyat səviyyəsi yüksəldilib. Təbii ki, Naxçıvanda bütün sahələrdə müşahidə olunan müasirləşmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların muxtar respublikanın sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. İnnovativ tərəqqinin əsas və həlledici amillərindən biri də insan potensialıdır. Bu gün qədim diyarda dövlət idarəçiliyi sahəsində gənclərin önəmli yerə sahib olması bir daha sübut edir ki, onların potensialından geniş istifadə olunur, gənclər üçün bütün imkanlar yaradılır. Burada hər bir dövlət qulluqçusunun məhsuldar fəaliyyəti üçün də hər cür şərait mövcuddur, bütün dövlət qurumları müasir metodlar və innovasiyalardan maksimum istifadə prinsipi əsasında işləyir. Naxçıvan haqda təəssüratlarımı bircə cümlə ilə ifadə etməli olsaydım, deyərdim ki, Naxçıvan bu sahədə də regionun lideridir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info