TUMİB üzvləri Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüblər
Tarix: 27.10.2016 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) üzvləri bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüblər. Türkiyənin Bakıdakı səfirliyində baş tutan görüşdə TUMİB sədri Çingiz Bayramov, qurumun İdarə Heyətinin üzvləri Seymur Verdizadə, Cabir Dövlətzadə və NTK üzvü Cəlal İbrahimli iştirak ediblər.

Səfir Erkan Özoral iyulun 15-də Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra qardaş ölkədə yaranmış ictimai-siyasi vəziyyət barədə məlumat verib. Qeyd edib ki, türk millətinin müdrikliyi və cəsarəti sayəsində Türkiyənin xaosa sürüklənməsnin qarşısını almaq mümkün olub. Türkiyəli diplomat qardaş Azərbaycan xalqının ən çətin məqamda Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirməsindən məmnun qaldıqlarını bildirib.

TUMİB sədri Çingiz Bayramov səmimi qəbul üçün səfir Erkan Özorala təşəkkür edib. O, Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə türk millətini təbrik edib. Ç.Bayramov deyib ki, Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı gənclər həmişə iki ölkə arasında körpü rolu oynayıblar. TUMİB sədri rəhbərlik etdiyi qurumun üzvlərinin Türk Dünyasının əvəzsiz liderləri Mustafa Kemal Atatürk və Heydər Əliyev ideyalarına daim sadiq qaldıqlarını, iki ölkə arasındakı əlaqələrin inkişafına və güclənməsinə layiqli töhfə verdiklərini bildirib. Ç.Bayramov Türkiyə Cümhurbaşqanı Rəcəb Teyyub Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin birgə səyli nəticəsində iki dövlət arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Görüşdə FETO terror təşkilatının fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb. Ç.Bayramov FETO üzvlərinin Türkiyə-Azərbaycan münasibətlərini zədələməyə çalışmasından, Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının və müstəqil mətbuatın bu təxribatın qarşısını almaq üçün göstərdiyi səylərdən danışıb. O, TUMİB-in Azərbaycandakı fətoçuların ifşası istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcəklərini bildirib.

Görüş başa çatandan sonra səfir Erkan Özoral TUMİB üzvlərilə xatirə şəkli çəkdirib.






 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info