Moskva Dövlət Pedooji Universitetinin müəllimləri BSU-da mühazirə oxuyublar
Tarix: 27.10.2016 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


27 oktyabr 2016-cı il tarixdə Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) bir qrup professor və müəllim heyəti Bakı Slavyan Universitetinin (BSU) tələbələri qarşısında mühazirə oxumaq üçün Bakıya gəlib. Bu haqda BSU-nun mətbuat xidmətindən redaksiyamıza məlumat verilib. Qonaqları BSU-da universitetin rektoru, professor Nurlana Əliyeva qəbul etmiş və Rusiya ilə Azərbaycanın ali təhsil müəssisələri arasındakı əlaqələr barədə qısaca məlumat vermişdir. O, bu münasibətlərin dövlət başçıları səviyyəsində də dəstəkləndiyini qeyd edib: “Prezidentlərimiz arasındakı çox yaxın dostluq münasibətləri bütün sahələrə, o cümlədən təhsil sahəsinə də öz müsbət təsirini göstərməkdədir. Əminəm ki, Moskva Dövlət Pedaqoji Universiteti ilə Bakı Slavyan Universiteti arasındakı əlaqələr bundan sonra daha da uğurla inkişaf edəcək.”
MDPU-nun prorektoru Lyudmila Trubina BSU-da çox səmimi qaşılandıqlarına görə universitetin rəhbərliyinə təşəkkürürünü bildirərək, mühazirə oxuyacaq professor və müəllim heyətini gənclərə təqdim edib. O, bildirib ki, azərbaycanı tələbələr onları maraqlandıran suallarla moskvalı müəllimlərə-pedaqoji elmlər naməzədi, məktəbəqədərki təhsilin nəzəriyyəsi və metodikası kafedrasının dosenti İrina Andryuşinaya, filologiya elmləri namizədi, rus dili kafedrasının dosenti, ibtidai siniflər üçün rus dili dərsliyinin müəllifi Stansilav İvanova, pedoqoji elmlər doktoru, ədəbiyyat metodikası kafedrasının müdiri, orta məktəblər üçün ədəbiyyat dərsliyinin müəllifi, deseratisiya şurasının sədri Viktor Çertova, pedoqoji elmlər namizədi, ritorika və nitq mədəniyyəti kafedrasının müdiri Olqa Knyazevaya, psixologiya elmləri namizədi tətbiqi dilşunaslıq kafedrasının dosenti Nataliya Dutkoya müraciət edə bilərlər.
Qısa tanışlıqdan sonra MDPU-nun professor və müəllim heyəti BSU-nun müxtəlif auditoriyalarinda öz ixtisasları üzrə muhazirələr oxuyblar.





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info