Martijn van Dam: “Azərbaycanın davamlı inkişafından xəbərdarıq”
Tarix: 27.10.2016 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Niderlandda səfərdədir. Səfər çərçivəsində oktyabrın 26-da nazir Heydər Əsədov Niderlandın kənd təsərrüfatı naziri Martijn van Dam ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı, kənd təsərrüfatının müxtəlif sektorlarına yeni və innovativ texnologiyaların tətbiqi, investorların cəlb edilməsi, elm və təhsil sahələrində əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Heydər Əsədov kənd təsərrüfatının hazırda ölkəmizdə iqtisadiyyatın prioritet sahəsi olduğunu və dövlətimizin başçısının bu sektora xüsusi önəm verdiyini diqqətə çatdırıb. Görüşdə Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, o cümlədən subsidiyalar ilə bağlı geniş məlumat verilib, ikitərəfli əməkdaşlığa dair müzakirələr aparılıb.
Nazir Azərbaycan tərəfinin südçülük, süd məhsullarının istehsalı, toxumçuluq, elm və təhsil sahəsinin inkişafı, Azərbaycan kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı istiqamətində Niderland ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
Niderlandın kənd təsərrüfatı naziri Martijn van Dam Azərbaycanın davamlı inkişafından xəbərdar olduğunu bildirib. Kənd təsərrüfatının müxtəlif sahələrində ikitərəfli əməkdaşlığa hazır olduğunu söyləyən nazir Avropanın və xüsusilə də Niderlandın kənd təsərrüfatına, elm və təhsilə, innovativ texnologiyalara verilən dövlət dəstəyindən söz açıb, bu sahələrin hazırda onlar üçün prioritet olduğunu diqqətə çatdırıb.
Sonda nazir Heydər Əsədov Niderlandın kənd təsərrüfatı nazirini və bu ölkənin aqrar sahədə fəaliyyət göstərən şirkətlərini Azərbaycana səfərə dəvət edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info