Almaniyada yoxsulluq riski artır
Tarix: 28.10.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Avropanın lokomotiv ölkəsi hesab edilən Almaniyanın qərbində yoxsulluq riskinin 10 il əvvələ nisbətən artdığı qeydə alınıb. Almaniya Federal Statistika Bürosunun (Destatis) açıqlamasına görə, keçən il Hamburqu çıxmaq şərtilə Almaniyanın bütün qərb əyalətlərində yoxsulluq riski nisbəti 2005-ci illə müqayisədə daha yüksək olub.
Son 10 ildə ölkədə yoxsulluq riski Nordrhein-Westfallen əyalətində 3,1 faizdən 17,5 faizə yüksələrək nəzərəçarpacaq şəkildə artım qeydə alındı. Almaniyanın "şəhər əyalətləri" olan Berlin və Bremendə isə yoxsulluq nisbəti keçən il 2005-ci il illə müqayisədə artıb. Almaniyanın şərq əyalətlərinə gəldikdə isə Berlin xaric olmaqla bütün şərq əyalətlərində yoxsulluq riski son 10 illik müqayisədə azaldı. Almaniyanın şərqində keçən il 2005-ci illə müqayisədə yoxsulluq riski ən çox azalan əyalətlər, Brandenburg, Mecklenburg-Vorpommern və Saksoniya Anhalt olaraq müəyyən edilib.
Ölkə daxilində isə keçən il yoxsulluq riski ən yüksək əyalətlər 24,8 faizlə Bremen, 22,4 faizlə Berlin və 21,7 faiz ilə də Mecklenburg-Vorpommern olaraq qeydə alınıb. Bu dövrdə ən aşağı yoxsulluq riski nisbətləri isə 11,6 faiz ilə Bayern, 11,8 faiz ilə Baden-Württemberg və 14,4 faizlə Hessen əyalətlərində müşahidə edilib.

“Eurowings” və “Germanwings”in işçiləri tətil edir

Alman hava yolu şirkəti olan “Lufthansa”nın filialı “Eurowings” və “Germanwings”də çalışan stüardessalar tətil qərarı veriblər. "Müstəqil Stüardessa İşçi Təşkilatı" (UFO) tərəfindən verilən açıqlamaya görə, “Eurowings” və “Germanwings” şirkətləri ilə müqavilədəki bəzi mövzularda razılığa gələ bilmədiklərindən işçilər tətil etmə qərarı alıblar.
Bildirilir ki, “Eurowings” şirkətində çalışan stüardessaların gecəyarısı başladacağı tətil 24 saat davam edəcək. “Eurowings”dəki stüardessaların Düsseldorf və Hamburq hava limanlarında, “Germanwings” şirkətinin işçilərinin isə Düsseldorf, Köln, Dortmund, Hannover, Berlin, Stuttgart və Hamburq hava limanlarında tətil edəcəkləri qeyd edilib.

Tətildən başqa
alternativ yoxdur

UFO başçısı Nicoley Baublies, hazırda gərginliyin bu nöqtəyə gəlməsi ilə bağlı kədərləndiyini bildirib: “Görüşlər elə bir nöqtəyə gəldi ki, tətildən başqa alternativ qalmadı”. Baublies, xüsusilə tətillərdən təsirlənəcək sərnişinlərdən üzr istəyib. Şirkət ilə konfederasiya arasında həyata keçirilən müqavilədə iş şərtləri, ödənişlər, məşğulluqla bağlı təhlükəsizlik və təqaüd mövzularında bir razılığa gələ bilmədikləri göstərilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info