Rusiya ilə sərhədə 17 ölkənin qoşunu yerləşdirilir
Tarix: 28.10.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


NATO-ya daxil olan ölkələrin müdafiə nazirlərinin 2017-ci ildən başlayaraq alyansın şərq sərhədlərində yerləşdiriləcək batalyonun milli tərkibi barədə açıqlama veriblər. NATO-nun baş katibi Yens Stoltenberq isə Rusiyaya “səbir zəmanəti” nümayiş etdirməyə çağırış edərək, “hər hansı bir NATO üzvünə hücumun, bütün alyansa hücum kimi” qəbul edildiyini xatırladıb. Transmilli briqadanın tezliklə Rumıniyada yerləşdiriləcəyi nəzərdə tutulsa da, onun strukturu barədə müzakirələr hələ də davam etdirilir.
Dörd çoxmillətli batalyona rəhbərlik, gözlənildiyi kimi, ABŞ, Almaniya, Böyük Britaniya və Kanadaya həvalə ediləcək. Kanadanın rəhbərlik edəcəyi batalyonda Albaniya, İtaliya, Polşa və Sloveniya hərbçiləri yer alacaqlar. Rumıniya və Birləşmiş Krallıq əsgərlərinə ABŞ, Danimarka və Fransa əsgərlərindən təşkil ediləcək batalyona isə Britaniya komandanlıq edəcək. Almanların başçılığı ilə blokun sərhədlərini qorumaq Belçika, Xorvatiya, Fransa, Lüksemburq, Hollandiya və Norveçə həvalə edilir. Kanada batalyonu Latviyada, alman batalyonu Litvada, Britaniya batalyonu Estoniyada, ABŞ bayalyonu isə Polşada yerləşəcək. Batalyonların bu ölkələrdə yerləşdirilməsi gələn ilin yanvar-iyun aylarında həyata keçiriləcək. Qeyd edək ki, əlavə transmilli briqadanın NATO-nun Qara dənizdəki fəaliyyətini gücləndirmək üçün Rumıniyada yaradılacağı nəzərdə tutulur. Bu briqadaya quru, hava və dəniz komponentləri daxil ediləcək. Bu qrupun fəaliyyətində Kanada, Almaniya, Hollandiya, Polşa, Türkiyə və ABŞ könüllüləri iştirak edəcəklər. Briqadaya rəhbərlik rumın hərbçilərinə həvalə edilsə də, əsas funksiyanı amerikalı hərbçilər həyata keçirəcəklər. NATO-nun yüksək rütbəli nümayəndəsi qeyd edib ki, əsas məqsədləri Rusiya tərəfindən hər hansı bir hücum təhlükəsi ehtimalının qarşısını almaqdır. NATO rəsmiləri qeyd edirlər ki, əgər qarşı tərəfdən genişmiqyaslı hücum baş verərsə, bu halda əvvəlcə milli ordular və alyansın operativ qüvvələri, daha sonra ABŞ-ın Avropada yerləşən qoşunları NATO Birləşmiş Qüvvələrinin Avropada yerləşdirilmiş ABŞ qoşunları reaksiya verəcək. Daha sonra alyansa daxil olan digər ölkələrin hərbi gücündən istifadə ediləcək. Xatırladaq ki, NATO-nun Şərq cəbhəsini gücləndirmək ideyası, hələ 2014-cü ildə - Krım hadisələri baş verdikdən sonra gündəmə gəlmiş və 2016-cı ildə Varşavada keçirilən sammitdə öz təsdiqini tapmışdı. Onu da xatırladaq ki, NATO Şərq cinahına ABŞ-ın tank briqadası da yerləşdiriləcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bir daha xəbərdarlıq etdi
20.09.2019
ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır
20.09.2019
YPG / PKK Suriyada Əsəd rejimi ilə əməkdaşlıq edir
20.09.2019
Türkiyənin Sudana hümanitar yardımları davam edir
19.09.2019
İndoneziyada korrupsiyada ittiham olunan nazir istefa verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info