Meksika universitetində “Azərbaycanın Təqdimatı“ adlı tədbir
Tarix: 28.10.2016 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Meksikanın ən böyük və qabaqcıl ali təhsil ocağı olan Meksika Milli Muxtar Universitetinin (Universidad Nacioanal Autonoma de Mexico - UNAM) Acatlan Ali Araşdırmalar Mərkəzində (Facultad Estudios Superiores Acatlan) Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən “Azərbaycanın Təqdimatı” tədbiri keçirilib.
Səfirliyin yaydığı məlumata görə, Amerika qitəsinin ilk təhsil ocağı kimi təməli 1584-cü ildə qoyulmuş ümumilikdə 337 min tələbənin təhsil aldığı, 30 min müəllim professor heyətinin çalışdığı bu Universitetdə Birləşmiş Millətlər Təşkilatı günü münasibətilə təşkil olunmuş və səfirliyin dəvət olunduğu bu tədbirdə iki yüzdən artıq tələbə və müəllim iştirak edib. Təqdimatı giriş sözü ilə açan səfirliyin müvvəqəti işlər vəkili Mehriban Səmədova tədbir iştirakçılarını Azərbaycan barəsində video çarxa tamaşa etməyə dəvət edib. Video çarxda xalqımızın tarixi, mədəniyyəti, həyat tərzi, kulinariyası və müstəqillik dövründə əldə olunmuş nailiyyətləri barədə kadrlar yer alıb.
Nümayiş başa çatdırıldıqdan sonra öz çıxışını davam etdirən M.Səmədova Şərqin ilk Demokratik Respublikasının 1918-ci ildə Azərbaycanda qurulduğunu və ərazisində yaşayan bütün millətləri təməl demokratik təsisatlarla təmin etdiyini, lakin iki ildən sonra Sovet ordusu tərəfindən işğal edilərək Sovet İttifaqının tərkibinə qatıldığını bildirib. Sonra o, Azərbaycan xalqının bu tarixi imkanı bir daha 70 il sonra 1991-ci ildə yenidən əldə etdiyini və müstəqilliyə gedən yolun hamar olmadığını bildirib. O, müstəqilliyimizin dünya birliyi ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanındığını, lakin iki il sonra ölkəmizin xarici təcavüz və separatçı qüvvələrin fəaliyyəti nəticəsində bu müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldığını, yalnız böyük siyasi təcrübəyə malik olan Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükənin aradan qalxdığını bildirib. Müstəqillik dövründə Azərbaycanda baş vermiş köklü dəyişikliklər barədə danışan M.Səmədova bu gün ölkəmizin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri olmasının Ulu öndər Heydər Əliyev tərəfindən neft kapitalının Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün istifadə edilməsi strategiyasının düzgün seçilməsinin parlaq təzahürü olduğunu vurğulayıb. “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft və “Bakı-Tbilisi-Ərzurum” qaz boru kəmərlərinin inşa edilməsi və digər iri layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan üçün iqtisadi inkişaf dövrünün başladığı və bu inkişafın iqtisadiyyatın bütün sahələrini əhatə etdiyini bildirib.
O, paralel olaraq təhsil, səhiyyə mədəniyyət, elm və idman sahələrində də islahatların həyata keçirilməsindən danışıb. Bununla yanaşı ölkədə geniş infrastruktur layihələrinin həyata keçirildiyi və bölgələrin inkişafına xüsusi diqqət yetirildiyini bildirilib. Eyni zamanda M.Səmədova ölkəmizdə mütəmadi olaraq keçirilən beynəlxalq səviyyəli siyasi, mədəni, humanitar tədbirlər və idman yarışları barədə danışıb.
Tolerantlıq və multikulturalizm barədə danışan M.Səmədova onu da qeyd etmişdir ki, dünyanın bir çox ölkələrində islamafobiya və dini dözümsüzlüyün geniş vüsət aldığı bir zamanda, Azərbaycan uzun illər boyu öz qonaqpərvərliyi, təhlükəsizliyi ilə bütün millətlərin dinc və əmin-amanlıq şəraitində yaşadığı və bütün dinlərin nümayəndələrinə ehtiramla yanaşılan bir ölkə olduğunu sübut edib. M.Səmədova təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dəyərlərə əsaslanan siyasətin bu gün də onun layiqli siyasi varisi olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Sonra O, Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən daha geniş bəhs edərək onun bütün həyatı boyu öz bilik və təcrübəsi, bacarıq və istedadı ilə yorulmaq bilmədən öz vətəni və xalqının xidmətində olduğunu qeyd edib, müxtəlif illərdə dövlətçiliyimiz üçün təhlükələr yarandığı zaman Heydər Əliyevin bir çağırışı ilə 100 minlərlə insanın meydanlara axışaraq ona və dövlətçiliyimizə dəstək olmasından danışıb və onun öz fədakarlığı və qətiyyəti ilə qürur mənbəyimiz olan bugünkü Azərbaycanın bünövrəsini qoyduğunu bildirib.
Təqdimatı davam etdirən səfirliyin ikinci katibi Günel Nağıyeva Azərbaycanın turizm imkanları, xalqımızın mədəniyyəti, milli kulinariyası, əldə etdiyi iqtisadi nailiyyətləri və Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq reallaşmış və qabaqcıl dünya təcrübəsi kimi öz layiqli qiymətini almış “Asan Xidmət” və uzun illərdir ki, uğurla fəaliyyət göstərən “Vahid Pəncərə” və digər qabaqcıl xidmətlər barədə ətraflı məlumat verib. Sonra O, Azərbaycanın istehsal etdiyi məhsulların ixrac imkanlarının stimullaşdırılması məqsədilə ”Made in Azerbaijan” adlı brendin yaradılması barədə danışıb. Qeyd etmək lazımdır ki, çıxışlar zamanı bəhs olunan bütün mövzular barədə şəkillər geniş ekranda auditoriyaya nümayiş etdirilib. Sonra isə Meksika-Azərbaycan münasibətləri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, beynəlxalq terrorizmə münasibət barədə tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Tədbirdə nümayiş etdirilmiş video-çarx və çıxışlar böyük maraqla qarşılanmış və təqdimatdan sonra müəllim professor heyəti ilə dəyirmi masa arxasında keçirilmiş fikir mübadiləsi zamanı ölkəmiz haqqında çox müsbət fikirlər səsləndirilib. Səfirlikdən bildirilib ki, 29.10.2016-cı il tarixdə Universitetin FES Araqon adlanan korpusunda da eyni məzmunlu təqdimat xarakterli tədbirin keçirilməsi nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info