“Türkiyə iş adamları Azərbaycanda investisiyaları artırmaq niyyətindədir” 
Tarix: 28.10.2016 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Türkiyə iş adamları Azərbaycanda investisiyaları artırmaq niyyətindədir. Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral deyib.
Səfir qeyd edib ki, Türkiyə-Azərbaycan iqtisadi əlaqələri sadəcə nəqliyyat və enerji layihələri, ticarət münasibətləri deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyuluşları ilə qurulmuş münasibətlərdir: “Həqiqətən də Türkiyədəki Azərbaycan sərmayələri ilə Azərbaycandakı Türkiyə sərmayələri bir-birini dəstəkləyən, bir-birinin inkişafını təmin edən və ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran önəmli əsaslardır”.
Diplomat bildirib ki, Azərbaycanda hazırda təqribən 2600 Türkiyə şirkəti fəaliyyət göstərir: “Türkiyə şirkətləri telekommunikasiya, bank, sığorta, nəqliyyat, qida, tekstil, mebel, tikinti avadanlıqları kimi, iqtisadiyyatın demək olar bütün sektorlarında fəaliyyət göstərir. Digər tərəfdən, Azərbaycan Türkiyədəki ən böyük xarici investor olma yolunda ciddi şəkildə addım atmaqdadır. SOCAR-ın enerji və infrastruktur sahəsində investisiyalarının qısa zaman ərzində 17-20 milyard dollar səviyyəsinə çatacağı gözlənilir. Türkiyədəki Azərbaycan sərmayələrinin həcmi 4 milyard dolları keçib. İzmirdə tikintisi davam edən “Star” zavoduna 5,5 milyard dollar investisiya qoyulacaq”.
Onun sözlərinə görə, bu rəqəmlər Azərbaycanın müstəqillik əldə etməsindən bu yana iqtisadi əlaqələrimizin çatdığı səviyyəni göstərir: “Həqiqətən də 25 il üçün bu rəqəmlər olduqca böyük göstəricidir. Biz bu göstəricini daha da artırmaq istəyirik”.
Diplomat deyib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərində 25 minə yaxın insan işlə təmin olunub.
Səfirin sözlərinə görə, eyni zamanda Türkiyənin inşaat şirkətləri 2003-cü ildən etibarən Azərbaycanda həyata keçirdiyi 350 layihəyə 11 milyard ABŞ dolları həcmində investisiya qoyub: “Bu göstərici heç də yetərli deyil, yeni-yeni investisiyalar lazımdır. Türk iş adamlarını Azərbaycan iqtisadiyyatının ehtiyacı olduğu sahələrə daha çox investisiya yatırmağa təşviq edirik”.
E.Özoral diqqətə çatdırıb ki, Azərbaycan son zamanlar ölkədə investisiya mühitini yaxşılaşdırmaq üçün önəmli islahatlar həyata keçirir: “Təbii ki, bu, Azərbaycana xarici investisiyanın cəlb edilməsinə təşviq edəcək”.
O əlavə edib ki, türk iş adamları Azərbaycandakı bu prosesləri yaxından izləyirlər: “Bakıdakı vəzifəmə başlamazdan öncə İstanbulda Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri və Türkiyə-Azərbaycan Xarici İqtisadi Əlaqələr Şurasının üzvləri ilə görüşlər keçirdim. Hər birinin ortaq fikri Azərbaycandakı bu islahat prosesinin davam etməsi və bunun nəticəsində Türkiyə investisiyalarının artırılmasıdır”.
Diplomat bildirib ki, bu günə qədər olduğu kimi, Azərbaycana yatırılacaq investisiyalarda Türkiyə iş adamları hər zaman aparıcı rol oynayacaq.





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info