ATGTİ nümayəndələri Almaniyada səfərdədirlər
Tarix: 28.10.2016 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Almaniyanın Juist adasında Almaniya Xarici İşlər nazirliyinin dəstəyi ilə Jubi Juist təşkilatı tərəfindən keçirilən “Transcultural Art Lab.” adlı yaradıcılıq emalatxanasında iştirak edirlər. Layihədə hər ölkədən 13 nəfər olmaqla Azərbaycan, Almaniya, Gürcüstan və Ermənistandan olan gənclər iştirak edir.
Layihənin ilk günü ölkələrin təqdimatı keçirilib. Təqdimatda gənclər ölkəmizin mədəniyyəti, milli mətbəxi, tarixi və adət-ənənələri barədə ətraflı məlumat veriblər. Daha sonra təqdimat milli rəqsimiz və canlı ifa ilə davam edib. Layihənin növbəti günlərində iştirakçılar müxtəlif növ fəaliyyətlərdə iştirak ediblər. Eyni zamanda öz fəallıqları ilə seçilən ATGTİ-nin nümayəndə heyəti layihə çərçivəsində Qafqaz regionu ilə bağlı aparılan müzakirələrdə fəal iştirak edərək ölkəmizin mövqeyini bilidiriblər. Nümayəndə heyəti Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini, törədilmiş Xocalı soyqırımı haqqında və bir sıra məlumatları bütün iştirakçıların diqqətinə çatdırıb.
Qeyd edək ki, yaradıcılıq emalatxası layihəsinin keçirilməsində məqsəd 4 ölkədən olan gənclərin yaradıcılıq sahəsində olan biliklərinin təkmilləşdirilməsi və müxtəlif yanaşmalarının inkişaf etdirilməsidir. Gənclər layihə çərçivəsində yaradıcılıq emalatxanasında keçirilən rəssamlıq, musiqi, fotoqrafiya və redaksiya dizaynı seminarlarında iştirak edərək bu sahədə olan biliklərini artırırlar.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info