Çavez: “Nailiyyətlərinə görə Azərbaycan beynəlxalq aləmin diqqətini çəkib”
Tarix: 28.10.2016 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində oktyabrın 26-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi təntənəli şəkildə qeyd olunub. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən keçirilən ziyafətdə Bakı ilə San-Dieqo arasında münasibətlərin yaradılmasının 5-ci ildönümü də qeyd edilib.
Tədbirdə şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez, San-Dieqo Liman Administrasiyasının sədri Marşal Merrifild, digər rəsmilər və siyasətçilər, xarici diplomatlar, professorlar, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın qədim dövlətçilik ənənələrindən danışaraq müstəqilliyinin bərpasından sonra ölkəmizin ağır siyasi-iqtisadi durumla üzləşdiyini qeyd edib. Baş konsul bildirib ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan bu böhrandan xilas ola bildi. Ulu öndərin qısa vaxt ərzində ölkədə sabitliyin yaradılmasına nail olduğunu, bütün istiqamətlərdə yeni təşəbbüslərə start verərək Azərbaycanın müasir inkişafının və tərəqqisinin təməlini qoyduğunu qeyd edən baş konsul Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün Azərbaycanın sürətlə çağdaşlaşan, sabit və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrildiyini bildirib. Azərbaycan-ABŞ münasibətlərindən danışan N.Ağayev Bakı və San-Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verdiyini qeyd edib.
2011-ci ildən San-Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə qardaşlaşmış Nəsimi rayonunun icra hakimiyyətinin başçısı Asif Əsgərov Bakı ilə San-Dieqo arasında 5 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin möhkəmlənməsi baxımından böyük önəm daşıdığını qeyd edib. Bu istiqamətdə qarşıdakı dövrdə konkret layihələr üzərində işlərin nəzərdə tutulduğunu vurğulayan A.Əsgərov Azərbaycanın San-Dieqodakı dostlarını bu münasibətlərin inkişafında yaxından iştiraka dəvət edib.
Kaliforniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinin digər üzvləri - Milli Məclisin deputatı Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də çıxış edərək təbriklərini çatdırıb, Bakı və San-Dieqo şəhərləri arasında əlaqələrin daha da güclənməsi üçün arzularını ifadə ediblər. Onlar Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələri barədə danışaraq Azərbaycanın bu modelinin bir sıra ölkələr üçün gözəl nümunə təşkil etdiyini diqqətə çatdırıblar.
Kaliforniya Ştat Assambleyasının üzvü R.Çavez isə əldə etdiyi mütərəqqi nailiyyətlərlə Azərbaycanın son illərdə beynəlxalq aləmin diqqətini çəkdiyini, bu baxımdan San- Dieqo-Bakı əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib. Çətin bir bölgədə yerləşən və yüksək strateji önəm daşıyan Azərbaycanın ABŞ-ın yaxın tərəfdaşı və dostu olduğunu qeyd edən deputat bu dostluq münasibətlərini dəstəklədiyini və əlaqələrin daha da güclənməsini arzu etdiyini bildirib. Çıxışının sonunda R.Çavez Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı Kaliforniya Ştat Assambleyasının fərdi qətnaməsini təqdim edib.
San-Dieqo Liman Administrasiyasının sədri Marşal Merrifild çıxışında Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşdən məmnun olduğunu qeyd edib, dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə yaxın aylarda San-Dieqo şəhərinin nümayəndə heyətinin Azərbaycana səfəri üzərində düşündüklərini bildirib.
Ziyafətdə baş konsul N.Ağayev San-Dieqo-Bakı Dostluq Cəmiyyətinin təsis olunduğunu bəyan edərək sözü təşkilatın sədri Martin Kruminqə verib. M.Kruminq bu əlaqələrin yaradılmasının tarixi barədə məlumat verib, San-Dieqo şəhərinin tanınmış ictimai xadimlərinin üzv kimi yazıldıqları bu yeni təşkilat vasitəsilə iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artırılmasına çalışacaqlarını qeyd edib.
Tədbirdə ABŞ konqresmeni Suzan Deyvis, Kaliforniya ştat senatoru Coel Anderson və San-Dieqo vilayəti adından bəyannamələr təqdim olunub. Bəyannamələrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər alqışlanır və ölkəmizin strateji önəmi qeyd olunur.
Hazırda Kaliforniyada işçi səfərdə olan Azərbaycan nümayəndə heyəti San-Dieqo şəhərində oktyabrın 26-da bir sıra görüşlər keçirib. Nümayəndə heyətinin üzvləri San-Dieqo vilayətinin Nəzarətçilər Şurasının sədri Ron Roberts, San-Dieqo Liman Administrasiyasının İdarə Heyəti və San-Dieqo Yəhudi Federasiyasının rəhbərliyi ilə bir araya gəlib və yerli mətbuata müsahibələr veriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info