6400-dək əlil bərpa-müalicə xidmətləri ilə təmin olunub
Tarix: 28.10.2016 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında qurumun əlillərin bərpa-müalicə müəssisələrində ötən ilin müvafiq dövrü ilə müqayisədə 30%-dək çox, yəni 6 min 381 nəfər əlil şəxs bərpa-müalicə xidmətləri ilə təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu dövrdə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 10 676 nəfər (ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,2% çox) əlil şəxsə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara ümumilikdə 25 248 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1 093 ədəd əlil arabası, 525 ədəd eşitmə aparatı təqdim olunub.
Qeyd olunan dövrdə 128 nəfər (o cümlədən 70 nəfər əlilliyi olan şəxs, valideynlərindən biri ilə bərabər 58 nəfər sağlamlıq imkanları məhdud uşaq) xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib.
Yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin olunanların sayı ümumilikdə 17 185 nəfər təşkil edib ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4 876 nəfər və ya 39,6% çoxdur.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info