Dmitri Kumsişvili: “Gürcüstan dost və qardaş Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır”
Tarix: 28.10.2016 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Tbilisidə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ilə oktyabrın 28-də keçirdiyi görüşdə deyib.
“Bu gün xalqlarımız, dövlət və hökumət rəhbərlərimiz arasındakı dostluq münasibətləri əlaqələrimizin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Bizim bir sıra layihələrimiz var və çalışırıq ki, həmin layihələri tez bir zamanda reallaşdıraq”, - deyə gürcüstanlı nazir bildirib. Bu layihələrin xalqlarımızın ümumi rifah halının yaxşılaşmasına və dövlət maraqlarımıza xidmət etdiyini söyləyən nazir bildirib ki, həyata keçirilən layihələr həm də strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsinə xidmət edir.
Şahin Mustafayev göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycan ilə Gürcüstanı strateji tərəfdaşdır adlandırıb. Bildirib ki, birgə iştirakımızla həyata keçirilən irimiqyaslı və regional layihələr təkcə bizim xalqlarımızın deyil, ümumilikdə regionun inkişafına, sülhün və təhlükəsizliyin təminatına xidmət edir. Nazir, həmçinin Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin beynəlxalq tədbirlərdə də mövqelərimizi birgə müdafiə etmələrinin vacibliyini qeyd edib. Bildirib ki, hər iki dövlətin ərazisi işğal olunub, torpaqlarımız işğaldan azad olunduqdan sonra regional əməkdaşlığımız daha genişlənəcək.
Sonra görüşdə regionda həyata keçirilən layihələr, hazırlanan yeni layihələr, strateji tərəfdaşlığımızın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info