“Böyüməyən Uşaqlar”a mükafat verildi 
Tarix: 28.10.2016 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Dövlət Universitetində Türk Dünyası sənədli filmlər festivalının Azərbaycandan olan qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki,  Türk Dünyası Jurnalistlər Federasiyası Türk dünyası sənədli filmlər festivalını təşkil etməklə çox nəcib bir işi gerçəkləşdirib.
 
Son zamanlar türk dünyası xalqlarının konsolidasiyası istiqamətində çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıran rektor qeyd edib ki, Azərbaycan türk xalqlarını birləşdirən çoxsaylı təşkilatlarda aktiv şəkildə təmsil olunur, bir sıra birliklərin yaranmasında təşəbbüskar qismində yaxından iştirak edir. Türk dövlətləri arasındakı əməkdaşlıq istiqamətləri müxtəlif media quruluşlarını da əhatə etməkdədir. Bu, həm təcrübə mübadiləsi, ən əsası isə xalqların bir-birinə daha sıx şəkildə inteqrasiyası baxımından olduqca önəmlidir. 
 
Mükafatlandırma mərasimində Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək bildirib ki, Türk Dünyası Jurnalistlər Federasiyasının Türk dünyası sənədli filmlər festivalına 70-dən artıq film təqdim olunub. Azərbaycan da həmin festivalda iştirak edib və təqdim edilən filmlərdın üçü mükafata layiq görülüb.
 
  Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir isə bildirib ki, festivala Azərbaycandan 7 film təqdim olunub. Radion İsmayılovun “Doğma ocağı” filmi 3-cü yerə layiq görülüb. Bəxtiyar Qaracanın “İşığın sınma bucağı” və Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” filmləri isə ayrı-ayrı nominasiyalar üzrə mükafatlara layiq görülüb.
Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info