Lukaşenko MDB-dən olan hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
Tarix: 28.10.2016 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Avrasiya İqtisadi Şurasının (AAIŞ) və Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının iclaslarının Minskdə keçirilməsini Belarusda bu ölkənin fəal inteqrasiya siyasətinin etirafı kimi qəbul edirlər. Belarus Prezidenti Aleksandr Lukaşenko bu fikri oktyabrın 28-də AAIŞ və MDB Hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə söyləyib. AZƏRTAC bu barədə Birliyin Minskdəki qərargahının mətbuat xidmətinə və BELTA agentliyinə istinadla məlumat verir.
Bu forumda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.
Aleksandr Lukaşenko vurğulayıb: “Bişkekdə dövlət başçıları hökumətlərə işarə verdilər ki, MDB-nin inkişafı üçün yeni, müasir impulslar axtarıb tapmaq, Birlik orqanlarının işinin səmərəsini artırmaq lazımdır. Gərəksiz və səmərəsiz nə varsa, hamısı keçmişdə qalmalıdır”.
Belarus Prezidentinin fikrincə, sanballı elmi, praktiki və iqtisadi nəticələr əldə etmək məqsədilə MDB ölkələrinin resurslarının birləşdirilməsi əsasında iri müştərək kosmik layihə həyata keçirilməsi mümkündür. Onun sözlərinə görə, daxili bazarların strateji xammal resursları, o cümlədən enerji ehtiyatları ilə təmin edilməsi mühüm istiqamətdir. Belarus Prezidenti deyib: “Dövlətlərimizin milli enerji proqramlarının aktuallaşdırılması və qarşılıqlı əlaqələndirilməsi, enerji kooperasiyası, yeni texnologiyaların tətbiq edilməsi, alternativ enerjinin payının artırılması zəruridir. Ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın davam etdirilməsi öz əhəmiyyətini saxlayır. Burada həm bizim aqrosənaye komplekslərinin xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, həm də daxili ərzaq tədavülü məsələlərinin həllinə dair birgə tədbirlər həyata keçirilməsi məqsədəuyğun olar”.
Onun sözlərinə görə, bu fikir kənd təsərrüfatı mallarının təhlükəsizliyi və keyfiyyəti sahəsində tələblərin uzlaşdırılmasına, o cümlədən ayrı-seçkiliyə yol verilməyən monitorinq və nəzarət formalarından istifadə edilməsinə, laboratoriya nəzarətinin nəticələri barədə informasiya mübadiləsi sisteminin inkişafına, ərazilərin baytarlıq baxımından salamatlığının pozulması hallarının birlikdə aşkar edilməsinə aiddir.
Belarus Prezidenti hesab edir ki, sahəvi əməkdaşlıq orqanlarının fəaliyyəti sistemli və məqsədli–proqram xarakterli olmalıdır. A.Lukaşenko deyib: “Bu orqanların bəziləri onilliklər boyu fəaliyyət göstərir, lakin Birliyin inkişafına töhfə vermir. Halbuki ekspert fəaliyyəti məhz bu səviyyədə - siyasi qərarların praktiki məzmun kəsb etməsi səviyyəsində həyata keçirilir. Bu işin nəticələri konkret MDB-nin vətəndaşlar, təşkilatlar, müəssisələr və dövlətlər üçün faydası barədə təsəvvür formalaşdırır”.
Aleksandr Lukaşenko vurğulayıb ki, bütün bu mövzular heç də təzə deyil və onlara sadəcə başqa mövqedən yanaşmaq, müasir reallıqlar nəzərə alınmaqla onları aktuallaşdırmaq lazımdır.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info