Mebel bazarının illik həcmi 300-500 milyon manat təşkil edir
Tarix: 28.10.2016 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


“Azərbaycanda Mebel İstehsalçıları Assosiasiyasının yaradılması bu sahənin inkişafına müsbət təsir edəcək və idxaldan asılılığı azaldacaq. Azərbaycanın mebel bazarının illik həcmi 300-500 milyon manat təşkil edir”. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov oktyabrın 28-də Bakıda keçirilən “Qeyri-neft sənaye sahələrinin inkişafı: mebel sənayesi” mövzusunda tədbirdə bildirib. Nazir müavini ölkəmizdə qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, sənayeləşmə siyasətinin həyata keçirilməsi nəticəsində son illər yüzlərlə innovativ və müasir texnologiyalara əsaslanan sənaye müəssisələri fəaliyyətə başlayıb. Həmçinin yeni rəqabətqabiliyyətli və ixracyönümlü sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı artıb. Tədbirdə idxal olunan komponentlərin yerli istehsalçıları tərəfindən istehsalının təşkili ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, mebel istehsalında lazım olan bir sıra komponentlər xaricdən gətirilir. İdxal komponentlərinin azaldılması və yerli komplektləşdirici vasitələrdən istifadə olunması məqsədilə yerli mebel istehsalçıları ilə sənaye müəssisələri arasında əlaqələr genişləndirilməlidir. “Embawood” MMC, “Saloğlu” MMC və “Foriella” MMC müəssisələrinin nümayəndələri mebel istehsalının genişləndirilməsi imkanlarına dair təqdimatlarla çıxış ediblər. Tədbir çərçivəsində “Foriella” MMC-yə Balaxanı Sənaye Parkının rezidenti statusunu təsdiq edən şəhadətnamə təqdim olunub. Tədbirdə qeyri-neft sənayesinin müxtəlif sahələrində, o cümlədən mebel istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin 60-dan çox nümayəndəsi iştirak edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info