MM ekstremizmlə məşğul olan dini qurumun ləğvi barədə dəyişiklikləri qəbul edib
Tarix: 28.10.2016 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası başlayıb. Spiker Oqtay Əsədov gündəliyi təqdim edərək bildirib ki, 2 məsələ gündəliyindən çıxarılaraq növbəti iclasa keçirilib. Bu, Cinayət və İnzibati Xətalar məcəllələrinə olan dəyişikliklərdir. Bugünkü iclasın gündəliyində 25 məsələ var.
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Dəyişikliklər dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumun ləğvi, dini ekstremizm əleyhinə aparılan əməliyyatlar zamanı əməliyyat zonasının hüquqi rejimi ilə bağlı yeni tələblər, eyni zamanda dini fanatizm zəminində milli, irqi ayrı-seçkiliyin salınması, bunun maliyyələşdirilməsi ilə bağlı 5 ilədək azadlıqdan məhrumetmə sanksiyalarını əhatə edir.
 S. Novruzov bildirib ki, dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin də qarşısını alacaq: “Müstəqillik dövründə Azərbaycandan 3 min nəfər xaricdə dini təhsil alıb. Ölkədə 2166 məscid fəaliyyət göstərir ki, bunun da 1600-ü daimi fəaliyyət göstərəndir. Həmin şəxslərdən 200-ü həmin məscidlərdə çalışır. Bu gün Azərbaycanda həm Bakı Dövlət Universitetində,  həm də İslam Universitetində dini mütəxəssislər yetişdirilir. Artıq bu proses gedir və  davamlı şəkildə aparılacaq".
Layihələr müzakirələrdən sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info