“Suriyada humanitar təşkilatlar kifayət qədər peşəkar fəaliyyət göstərmir”
Tarix: 28.10.2016 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


"Üçtərəfli və ikitərəfli görüşlərdə Rusiya ilə İran Suriyanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə ediblər".
 
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı və suriyalı həmkarları ilə üçtərəfli görüşün yekunlarına dair birgə keçirdiyi mətbuat konfransında bildirib. 
 
"Suriyada terrorçuların məhv edilməsinə, sülhün bərqərar olunmasına, habelə iqtisadiyyatın və mülki infrastrukturun bərpasına hazır olduğumuzu bəyan etdik", - deyə Lavrov qeyd edib. 
 
Rusiya XİN başçısı Suriya nümayəndə heyətinin sabah danışıqlar aparmaq üçün Cenevrəyə getməyə hazır olduğunu söyləyib: "Suriyada siyasi dialoqu bərpa etmək vacibdir. Hamımız Suriya münaqişəsinin siyasi-diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Bunun başqa yolu yoxdur".
 
S. Lavrov Suriyada humanitar vəziyyətə də toxunub: "Suriyada humanitar təşkilatlar kifayət qədər peşəkar fəaliyyət göstərmir. BMT-nin humanitar fəaliyyətlə məşğul olan nümayəndələrinin fəaliyyətsizliyi terrorçuların tibbi təxliyəni pozmasına imkan verib. Biz BMT nümayəndələrini hazırda Hələbdə aparılan isterik yalan kampaniyasına inanmamağa çağırırıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info