Beynəlxalq avtomobil daşımaları ilə bağlı yeni rüsumlar tələb olunacaq
Tarix: 28.10.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliklərlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, dəyişikliyə əsasən, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımaları ilə bağlı əlavə rüsumların dərəcələri müəyyənləşdirilib. Belə ki, "Dövlət rüsumu haqqında" qanunun 24-cü (Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri) maddənin 7-ci bəndi dəyişdirilir. Qeyd olunan bəndin yeni variantına görə, Beynəlxalq Nəqliyyat Forumunun "İcazə"lərinin ("Avropa Nəqliyyat Nazirlər Konfransı"nın jurnallarının) satışına görə:
- Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-4" ekoloji normalara uyğun olan yük nəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları;
 - Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-5" və daha yüksək ekoloji normalara uyğun olan yük nəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 300 ABŞ dolları;
 - Yük nəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 100 ABŞ dolları tələb olunacaq.
Bəndin hazırda qüvvədə olan variantı isə belədir:
"Avropa Nəqliyyat Nazirlər Konfransının" jurnallarının satışı-hər bir vahidə görə, 500 ABŞ dolları tələb olunur.
Layihə səsə qoyularaq qəbul edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info