«On yeddi illik mücadilə” işıq üzü gördü
Tarix: 28.10.2016 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun layihəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “On yeddi illik mücadilə” Azərbaycanda sovet işğalına qarşı milli müqavimət hərəkatı.1920-1937 kitabı çapdan çıxıb. Kitabın müəllifləri tanınmış tədqiqatçılar, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçiləri Anar Turan və Ceyhun Bayramlıdır. Kitabda XX əsr Azərbaycan tarixinin ən keşməkeşli dövrü olan 1920-1937-ci illərdə xalqımızın işğalçılara qarşı milli dirəniş və müqavimət hərəkatı, bolşevizmin milli-mənəvi dəyərlərimizə, milli ziyalılara və əsilzadəliyə qarşı yürütdüyü siyasət geniş təhlil olunub. Kitab Sovet hökuməti əleyhinə baş qaldıran üsyanlarla bağlı ictimaiyyətə məlum olmayan çoxsaylı tarixi faktlarla zəngindir. Mənbə məlumatlarına və arxiv sənədlərinə əsasən ərsəyə gəlmiş kitab 6 fəsildən, 256 səhifədən ibarətdir. Kitabda 27 aprel 1920-ci il çevrilişindən sonra bolşevik diktaturasının qurulması, milli düşüncə mənsublarının təqibi, ölkəmizdə amansız bolşevik rejiminə qarşı Gəncə, Qarabağ, Zaqatala, Şəki, Quba, Şamaxı, Xızı üsyanları ətraflı işıqlandırılmış və yeni faktlar ortaya qoyulmuşdur. Bundan əlavə, xalqımıza qarşı milli-mənəvi terror, zadəgan və bəy zümrəsinin mübarizəsi və onların başında dayanan isimlərdən Cahangir bəy Kazımbəyli, Bəhram bəy Nəbibəyov, Əli bəy Zizikski, Cavad bəy Şıxlinski, sonradan qaçağa çevrilən Mayıl ağa, Kərbəlayi İsmayıl, Qəmlo, Hüseyinqulu xan Xoyski, Möhübəli əfəndi Kuzunvi barədə sanballı məlumatlara yer verilımişdir. Milli mübarizəmizin önündə gedən Bakı qoçuları, Gəncə, Şəmkir, Naxçıvan qaçaqları barədə də faktlara əsaslanan məlumatlar verilmişdir. Kitabın əsas özəlliklərindən biri də sovet hakimiyyətinə qarşı ideoloji mübarizənin önündə gedən və çoxları məhkəməsiz, sübutsuz güllələnmiş, Sibirə sürgün edilmiş F. Köçərli, Ə. Cavad, M, Hadi, H. Cavid, S. Mümtaz, S. Hüseyin, Ü. Sadıqzadə, Y. Çəmənzəminli, M. Altunbay və digərlərinin həyat və fəaliyyəti araşdırılmışdır. Kitabda o cümlədən, sovetlərə qarşı milli mücadiləmizin Azərbaycan sovet ədəbiyyatında izləri və bu barədə yazılan əsərlərə, çəkilən filmlər də tədqiq olunmuşdur. Professor Musa Qasımlının elmi redaktorluğu və professorlar Anar İskəndərov, Hamlet İsaxanlı, fəlsəfə doktoru Dilavər Əzimlinin rəyləri ilə çap olunan kitabın məsləhətçiləri “Xalq qəzeti”nin baş redaktoru, “Əməkdar jurnalist” Həsən Həsənov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevdir. “Ön söz” ün müəllifi professor Aygün Attar Həşimzadədir. Layihənin rəhbəri fəlsəfə doktoru Vüqar Zifəroğlu, redaktorları Elməddin Behbud, Taleh Cəfərovdur. Əsər elmi-publisistik üslubda yazılıb və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info