Vaaqn Xaçatryan: “Ermənistan iflasın astanasındadır”
Tarix: 29.10.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Böyük məbləğdə olan dövlət borcunu qaytarmaqla bağlı ciddi problemlər yaranıb- Ermənistan borcları ödəyə bilmir”

Erməni iqtisadçı Vaaqn Xaçatryan jurnalistlərlə söhbətində sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın bir müddət əvvəl ölkənin üzləşəcəyi defoltla bağlı fikirlərini xatırladaraq bunun artıq reallığa yaxınlaşdığını etiraf etmək məcburiyyətində qalıb.
O, “Birinci informasiya” saytına açıqlama verərkən də dediklərinin artıq reallığa yaxınlaşdığını bir daha xatırladıb: “Doğrudan da, Ermənistanda vəziyyət çox pisdir. Biz dövlət borcuna, büdcəyə nəzər salsaq, ölkədəki iqtisadi problemin daha böyük olduğunu görəcəyik. Təkcə onu qeyd edək ki, böyük məbləğdə olan dövlət borcunu qaytarmaqla bağlı ciddi problemlər yaranıb- Ermənistan borcları ödəyə bilmir. Bütün bunlar bir daha göstərir ki, Ermənistan iflasın astanasındadır. Bu, sadəcə həyəcan siqnalı kimi başa düşülməməlidir. Ölkə iqtisadiyyatı çöküb, artıq yox dərəcəsindədir. Belə olan halda, hansısa iqtisadi artım barədə söhbət belə, gedə bilməz. Belə görünür ki, ölkənin resursları ya sona çatıb, ya da məhdudlaşdırılıb. Lakin hakimiyyətdə hələ də müsbət bir reaksiya göstərilməyib. Bu da başa düşülən deyil. Axı hakimiyyətin vəziyyəti düzəltmək üçün yeni yanaşmaları olmalıdır”. Qeyd edək ki, Xaçatryan da bir çox həmkarları kimi, ölkədəki vəziyyətin bu hala düşməsinin səbəbini ölkədə tüğyan edən korrupsiyaya və kölgə iqtisadiyyatında görür. Ekspertlərin əksəriyyəti bildirir ki, Ermənistanın bu vəziyyətdən çıxması çətin ki, mümkün olsun. Ölkədə barmaqla sayılası 3-4 müəssisə fəaliyyət göstərir ki, onların işçiləri də ölkədəki korrupsiyaya və kölgə iqtisadiyyatının qurbanına çevriliblər. Deyilənlərə bariz nümunə kimi, “Nairit” zavodunu göstərmək olar. Belə ki, dörd aydan artıqdır ki, məvacib üzünə həsrət qalan zavod işçiləri etiraz aksiyası keçirmək qərarına gəliblər. Zavodun 260 əməkdaşı məvacib tələbi ilə hökumət binasının qarşısına toplaşaraq maaşlarını tələb ediblər. Zavodun həmkarlar ittifaqı sədrinin açıqlamasına görə, işçilər öz tələblərində haqlı olsalar da, hazırda ödəniş etmək üçün yollar axtaran zavod rəhbərliyi hələ ki, istənilən məbləği əldə edə bilməyib. Nə vaxt əldə edəcəyi isə bəlli deyil.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info