Vətən sevgisi ilə Amerikada yaşayan azərbaycanlı
Tarix: 29.10.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Aydın Abbas: “Uzun illər Amerikada yaşayan adam kimi, bura gələn hər bir azərbaycanlıya qardaş münasibəti göstərirəm”

Müsahibimiz Aydın Abbas üzün müddətdir ki, Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatının East Lansig şəhərində yaşayır. Əslən Laçın rayonundandır, orada doğulub. Laçın işğal olunanadək orada yaşayıb. Bir sıra döyüşlərdə iştirak edib. Uzun illər keçsə də, Laçını unuda bilmir, ona olan sevgisi bitib tükənmir ki, tükənmir. Ailəlidir, Nihat adlı oğlu var.
- Aydın müəllim, bu mövqeyə çatmağınıza görə özünüzü kimə borclu bilirsiz?
- Əlbəttə ki, məni araya-ərsəyə gətirən valideynlərimə borcluyam. Valideynlərin borcundan heç zaman çıxmaq olmaz... Eyni zamanda Vətənimə, Laçınıma borcluyam. Bu Vətən bizə ana kimi qucaq açaraq üzərində böyüdüb. Harada yaşamağımızdan asılı olmayaraq, Vətən həsrəti bizim içimizdəki bir nisgildir. Nə qədər uzağa getsək, bu nisgil daha da artır. Bu baxımdan mənim yaram daha dərindir. Çünki mənim böyüyüb boya-başa çatdığım Laçın torpağı düşmən tapdağı altındadır.
- Uzaq Amerikadan Laçın necə görünür?
-Mənə elə gəlir ki, bu məsafəni nə sözlə, nə də hansısa hislərlə ifadə etmək mümkün deyil. Baxmayaraq ki, okeanın bu tayındayıq, ancaq hər dəqiqəmiz, hər anımız Laçınla keçir. Təkcə biz yox, ailəm də, böyüyən övladım da Laçın arzusu ilə yaşayır. Ağlı kəsəndən ona Laçının havası, suyu, meyvəsi, daşı-torpağı haqqında kifayət qədər məlumat vermişəm. Məhz bunun nəticəsidir ki, o, Amerikada bir azərbaycanlı, bir laçınlı kimi böyüyür. Düşünürəm ki əgər torpaqlarımız işğaldan azad olunarsa, övladımla bərabər öz doğma yurduma qayıdıb, orada yaşayacam. İnandırım sizi, bəlkə də, hər gecə anamın bişirdiyi yuxa, həyətimizdə qaynadıb, içdiyimiz samovar çayı, uşaqlığımın hər anı yuxuma girir.
- Siz, artıq çoxdandır ki, ABŞ-da yaşayırsız. Ora yeni gələn həmyerlilərimizə nə kimi kömək ola bilirsiz?
- Uzun illər Amerikada yaşayan adam kimi, bura gələn hər bir azərbaycanlıya qardaş münasibəti göstərirəm. Qəribliyin nə olduğunu yaxşı bilirəm. Amerikada məskunlaşdığım ilk vaxtlarda çox əziyyət çəkmişəm. İstəmirəm ki, yeni gələn soydaşlarımız qəribçiliyin ağrı-acısını yaşasınlar. Hər kəsin qayğısına qalmağa çalışıram.
- Övladınıza Azərbaycan, eləcə də Laçın sevgisini Vətəndən uzaqda neçə yaşadırsız?
- Mən hər zaman oğlum Nihata Laçın sevgisini, azərbaycançılığı aşılayıram. O, ana dili ilə yanaşı, bir neçə dil bilir. Məktəbi isə ingiliscə oxuyur. Artıq neçə vaxtdır ki, futbolla məşğul olur. Qeyd edim ki, Nihat təmsil etdiyi komandada üzərində 41 rəqəmi əks olunmuş libasla oynayır. 41 rəqəmi isə Laçın rayonunun poçt indeksi və avtomobillərinin dövlət qeydiyyat nişanıdır. Evimizdə, ona ayrılmış otağa girəndə adama elə gəlir ki, uzaq Amerikada deyil, doğma Azərbaycandasan. Otaqda Azərbaycan Respublikasının atributları göz oxşayır.
- Maraqlıdır, okeanın o tayında süfrənizdə milli yeməklərə nə dərəcədə üstünlük verilir?
-Amerikalılar evdə yemək bişirməyə elə də meyilli deyillər. Süfrələrində yarımfabrikat məhsullara daha çox yer verirlər. Bizim süfrəmizdə isə yalnız Azərbaycan mətbəxinin təamlarından dadmaq olar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”
13.09.2019
“Təqdim etdiyimiz yeni məhsul mövcud könüllü həyat sığortası məhsullarından çox fərqlidir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info