Dmitri Kiselyov: “Azərbaycanın Prezident sarıdan bəxti gətirib”
Tarix: 29.10.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“İlham Əliyev sözün həqiqi mənasında müstəqil dövlət xadimidir. O, heç kimin - nə Rusiyanın, nə ABŞ-ın, nə də Türkiyənin diktəsi ilə hərəkət etmir”

“Azərbaycan Prezidenti İlham Əliyev ilə bir neçə dəfə görüşmüşəm və o, məndə dünya miqyaslı dövlət xadimi təəssüratı yaradıb. Avropada belə dövlət xadimlərinə az-az rast gəlinir.
Elə Prezident İlham Əliyevin reytinqinin yüksək olması da bunu göstərir. Azərbaycanın Prezident sarıdan bəxti gətirib. Elə Rusiyanın da indiki Prezidenti baxımından bəxti gətirib”. Bu sözləri “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov AZƏRTAC-a müsahibəsində deyib. Bu günlərdə Azərbaycan Prezidentindən müsahibə almış jurnalist dövlətimizin başçısını müstəqil siyasət yürüdən, eyni zamanda, ətraf dövlətlərlə də mehriban qonşuluq münasibətləri yarada bilən uzaqgörən siyasi xadim kimi səciyyələndirərək deyib: “Prezident İlham Əliyev ilə ünsiyyət məndə dərin təəssürat doğurdu. O, müstəqil düşünən, olduqca savadlı, fiziki və mənəvi cəhətdən sağlam adamdır. Düşünürəm ki, İlham Əliyev sözün həqiqi mənasında müstəqil dövlət xadimidir. O, heç kimin - nə Rusiyanın, nə ABŞ-ın, nə də Türkiyənin diktəsi ilə hərəkət etmir. Eyni zamanda, qonşu ölkələrlə mədəni əlaqələri, dostluq və qardaşlıq münasibətlərini də nəzərdən qaçırmır”. Siyasi arenada yaranan İran-Azərbaycan-Rusiya və Türkiyə-Azərbaycan-Rusiya üçlüklərinin regional problemlərin həllində yeni perspektivlər açdığını qeyd edən rusiyalı jurnalist Prezident İlham Əliyevin regional lider kimi yeni ideyalarla çıxış etdiyini də diqqətə çatdırıb. Sonda D.Kiselyov Azərbaycan Prezidentinə və xalqına rifah arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info