“Ardanın milliyə niyə çağırılmadığını bilmirəm”
Tarix: 29.10.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“O, bəzən mənim, Neymarın, bəzən də
Rakitiç və İnyestanın mövqeyində oynayır”

“Barselona"nın futbolçusu Lionel Messi komanda yoldaşı Arda Turan haqda danışıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçinin komanda üçün önəmli oyunçu olduğunu deyib: "Hamımız onun xüsusi futbolçu olduğunu bilirik. Elə məhz buna görə "Barselona" Ardanı transfer etdi. O, fərqli mövqelərdə oynayaraq komandaya kömək edir. 6 ay futbol oynamadığı vaxt Arda üçün çətin oldu. Ancaq bu dönəmdən yaxşı keçdi".
Argentinalı hücumçu bildirib ki, A.Turan "Barselona"da "Atletiko"da etdiklərindən artığını edəcək: "Arda mövsümə yaxşı başlayıb. Həm qollar vurur, həm də qol ötürmələri verir. O, bəzən mənim və Neymarın, bəzən də Rakitiç və İnyestanın mövqeyində oynayır. Bu isə hər kəsin edə biləcəyi bir şey deyil. Onun İnyestanın yerini alacağı fikri ilə razılaşmıram. Hər futbolçunun oyun üslubu fərqlidir. Ardanın digər oyunçulardan fərqləndirən xüsusiyyətlət var. Onun bizə qazanacağımız uğurlara böyük köməyi olacaq". Messi Ardanın Türkiyə millisinə çağırılmamağına da münasibət bildirib: "Onun niyə milliyə çağırılmadığını bilmirəm. Ümid edirəm ki, qısa zamanda ölkəsi üçün oynamaq şansını qazanacaq". Onu da qeyd edək ki, “Barselona”nın futbolçusu Arda Turan zədələnib.Ttürk futbolçu “Espanyol”la Kataloniya superkuboku uğrunda oyunda xəsarət alıb. Matçın gedişində sağ ayağına zərbə alan futbolçu kənara gəlmiş, ilkin müdaxilədən sonra oyuna davam etmişdi. Onun La Liqanın növbəti turunda “Qranada” ilə oyunda heyətə düşəcəyi ehtimalı olmasa da, Çempionlar Liqasında “Mançester Siti” ilə matçda oynaya biləcəyi güman edilir. Klubun sponsorlarından olan “Audi” avtomobil firmasının oyunçulara maşın hədiyyə etmə mərasiminə sağ ayağı sarğıda gələn futbolçu zədəyə görə ona hədiyyə edilən avtomobili də sürə bilməyib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info