Boksçumuzdan növbəti nokaut
Tarix: 29.10.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Gürcüstanın paytaxtı Tiflisdə peşəkarların boks gecəsi keçirilib. Şou xarakterli gecədə 21 döyüş baş tutub. Bu qarşılaşmalardan ikisində rinqə Azərbaycan idmançısı çıxıb.
Həmyerlilərimizdən Malik Məmmədzadə rəqibini döyüşə gəlməyə peşman edib. Belə ki, orta ağır (79 kq) çəki dərəcəsində mübarizə aparan təmsilçimiz gürcüstanlı Zurab Stefanişvili ilə qarşılaşıb. Həvəskar boksda aşağı yaş qruplarında Avropa birinciliyinin mükafatçısı olan Məmmədzadə 8 raundluq döyüşün elə ilk hissəsindəcə rəqibini nokauta salıb. O, bununla da peşəkar rinqdə 8-ci görüşündə 8-ci qələbəsini qazanıb. Bu qarşılaşmalardan 5-i isə vaxtından əvvəl bitib. Məmmədzadənin növbəti döyüşü dekabra planlaşdırılır. Lakin hələlik rəqibin adına aydınlıq gəlməyib. Əgər o bu dəfə də qalib gələrsə, titul döyüşünə başlayacaq. Digər həmyerlimiz Əsgər Rəhimov da isə yüngül çəkidə (57 kq) yumruğunun gücünü yoxlayıb. Yerli publika qarşısında o da gürcüstanlı rəqibi məğlub edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info