Qaradağda soyqırımı ilə bağlı tədbir keçirilib
Tarix: 29.03.2013 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


YAP Qaradağ Rayon Təşkilatının Qərargahında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tarix boyu Azərbaycan xalqının başına gətirilən bəlalardan bəhs edərək bədnam qonşularımız olan ermənilərin xalqımıza qarşı təşkil etdiyi soyqırımı siyasətinin mahiyyəti barəsində gənclərə ətraflı məlumat verdi. O, qeyd etdi ki, xalqımız həmişə öz mövcudluğunu qoruyub saxlamaq, milli kimliyini isbat etmək üçün bütün dövrlərdə azadlıq və müstəqillik uğrunda mübarizə aparıb. 1918-ci ilin mart soyqırımının xalqımızın milli mübarizə əzmini qırmağa yönəldiyini söyləyən A.Hüseynov azərbaycanlılara qarşı ermənilər tərəfindən məkirli və məqsədli şəkildə həyata keçirilən soyqırımı siyasətinin əsasında “böyük Ermənistan” dövləti yaratmaq niyyətinin dayandığını vurğulayıb. Təşkilat sədri 1992-ci ildə Xocalıda baş vermiş soyqırımı siyasətinin əsasında da Azərbaycan xalqının milli mübarizə əzmini qırmağa hesablanmış olan bir terror niyyətinin dayandığını önə çəkib. A.Hüseynov tarixin bütün qovğalarından üzüağ çıxmış xalqımızın bu gün müstəqil və güclü bir dövlətə sahib olduğunu gənclərin diqqətinə çatdırıb. Vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilən 31 mart Azərbaycanlıların soyqırımı xalqımızın tarixinə olan qiymətin bariz nümunəsi kimi dəyərləndirilir: «Bu gün Heydər Əliyev tərəfindən əsası qoyulmuş güclü Azərbaycan dövləti Prezident İlham Əliyev tərəfindən günü gündən daha da öz imkanlarını və mövqelərini möhkəmləndirir».
YAP Qaradağ rayon Gənclər Birliyinin üzvü Tapdıq Qurbanlı çıxışında Azərbaycan xalqının 20-cə əsrin əvvəllərində başına gətirilən bəlalardan bəhs edib. T.Qurbanlı ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirdiyini bildirib.
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin üzvü Ramiz Yusubov da ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqirim siyasətindən bəhs edib. Onun sözlərinə görə, yetişməkdə olan nəsil xalqımıza qarşı bu cür cinayətlər həyata keçirmiş qonşularımızızn əsa mahiyyətini açıq şəkildə dərk etməlidir.
YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov da çıxışında xalqımızın başına gətirilən bəlalardan bəhs edərək, müasir gəncliyin bu tarixlə bağlı ətraflı məlumatlandırılması üçün görülən işlərdən danışıb.

ƏLI




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info