Növbəti kurikulum kursları başa çatıb 
Tarix: 31.10.2016 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Artıq bir müddətdir ki, təhsil sistemində aparılan dəyişikliklərə uyğun olaraq tam orta təhsil müəsisələrində Kurikulumdan istifadə olunur. Kurikulumun tətbiqini həyata keçirmək üçün isə müəllimlərin hazırlığı tələb olunduğundan hər il Təhsil Nazirliyi növbə ilə müəllimləri kurslardan keçirir. Beləcə müəllimlərin peşəkarlıq səviyyəsi artır , dövrün tələbinə uyğun yeni təlim üsulları ilə dərs qurmağı asanlıqla mənimsəyir. Müxtəlif fənnlər üzrə aparılan kurslar bütün respublikanı əhatə edir, o cümlədən Binəqədi və Laçın rayonunun təhsil müəssislərində çalışan müəllimlərdə bu kurslarda iştirak edir. 

Növbəti belə bir kurs Bakı şəhəri, Binəqədi rayonu, Azər Məmmədov adına 115 №li tam orta məktəbdə həyata keçirilib. Təlimlərdə Binəqədi və Laçın rayonunun təhsil müəssilərində çalışan müəllim iştirak edib. 10 gün davam edən kurs müddətinin sonunda müəllimlər imtahandan keçərək sertifkatla təmin olunacaqlar.
Kursun rəhbəri ”Təlim və İnkişaf Mərkəzi”nin təlimçisi Aybəniz Haqverdiyeva bizimlə söhbətində bildirdi ki, təlim kursunda məqsədimiz müəllimlərə ölkəmizdə yürüdülən müasir təhsil siyasətini, kurikulum islahatını zəruri edən səbəbləri, ümumtəhsilin dövlət standartı və proqramının əsas xüsusiyyətlərini və digər elmi biliklərlə məlumatlandırmaqdır:”Bununla yanaşı müasir kurikulumun tələblərinə uyğun dərsin təşkili və qiymətləndirilməsi, ümumitəhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri, müəllim və məktəb rəhbərlərinin cari və illik işinin planlaşdırılması qaydalarında necə tətbiq edilməsini öyrətməkdir. Bu gün təhsilimizin əsas prinsiplərindən biri şagirdirdlərimizin keyfiyyət göstəricilərinin yüksəldilməsinə daha çox yer ayrılmasıdır. Şagirdlərə bilik verməklə yanaşı onlarda müxtəlif bacarıq, vərdiş və dəyərləri də formalaşdırmaq lazımdır. Bu gün şagirdlərimiz daim inkşafda olub geniş miqyaslı bilgilər əldə edib tədqiqatlar aparırlarsa, müəllimlər də şagirdlərinin bələdçiləri olmalıdır. Bunun üçün də müəllim daim öz üzərində çalışmalı, öz fəaliyyətlərində yeni texnologiya və yeni metodlara üstünlük verməlidir”. Təlimin sonunda imtahanın gedişini izləyən 115 №li məktəbin direktoru Məsud Babayev imtahandan razı qaldığını bildirərək müəllimlərə uğurlar arzulayıb.
On günlük təlim kurslarında iştirak edən 115 saylı məktəbin tarix müəllimi Nigar Əhmədova təlimdən razılıq edir:”Özümlə bərabər təlimlərdə iştirak edən bütün müəllim həmkarlarıma uğurlar diləyirəm. 10 günlük təlim mənim üçün yeniliklərlə dolu çox maraqlı günlər oldu. Təlim rəhbərimiz Aybəniz xanıma, məktəbimizin direktoru Məsud Babayevə bizə göstərdiyi diqqət və yaratdığı şəraitə görə öz minnətdarlığımı bildirirəm”.
Laçın rayon 42 №li tam orta məktəbin müəllimi Həyat Rzayevada kurslardan və təlimin səviyyəsindən razıdır: “Təlim müddətində dərs posessini zənginləşdirəcək yeni üsullar öyrəndik. Çox yaxşı haldır ki, bu kurslar kurikulum nəzəriyyəsini mənimsəmək və onu təlimdə tətbiq etmək üçün biz müəllimlərə istiqamət verir və yeni üsulla işləməyə hazırlayır”.

Təlimdə iştirak edən müəllimlərdən -Zülfiyyə Babayeva , Günel Əliyeva, Şövkət Dadaşova,Şəhla Cabbarova ,Gülis Nəsimova,Əsmər Rəhimova , Tərxanım Səmadova, Lalə Şərifzadə, Məhəmməd Sadıqov, Vüsalə Tağıyeva , Təranə Məmiyeva, Dilarə Mirzəyeva, Bülbül Həsənova, Samirə Axundova, Zülfiyyə Məmmədova təlimlərdən öz razılıqlarını bildiriblər.

Qeyd edək ki, bu kursları uğurla bitirən hər bir müəllimə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ixtisasartırma sertifikatı veriləcəkdir. 

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info