“Bu layihələr Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği işinə mühüm töhfədir”
Tarix: 31.10.2016 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” adlı fərdi sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.
Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək Mərkəzin incəsənətimizin inkişafına dəstək verən növbəti layihələrdən birini təqdim etdiyini diqqətə çatdırıb.
Bildirilib ki, Xorxe Marinin bu sərgisinin təşkili üçün həm Heydər Əliyev Fondunun, həm də Heydər Əliyev Mərkəzinin əməkdaşları uzun müddətdir birgə işləyiblər.
Sərginin ərsəyə gəlməsində əməyi olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirən Anar Ələkbərov deyib: “Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də dünyanın müxtəlif bölgələrində incəsənətimizin, mədəniyyətimizin təqdim olunması istiqamətində çox mühüm işlər görür və layihələr həyata keçirir. Məhz ötən əsrin 60-cı və 80-ci illərinin rəssamlarının əsərlərinin 56-cı “Venesiya Biennalesi”ndə sərgilənməsi Azərbaycanın incəsənət sahəsinə geniş töhfə verdiyini göstərir. Bu gün həmin əsərlərin İtaliya və ABŞ-da sərgilənməsi üçün müzakirələr aparılır və yaxın gələcəkdə bu sərgilər açılacaq. Noyabrın 15-dən başlayaraq bizim rəssamlarımızın əsərləri Mehriban xanım Əliyevanın dəstəyi ilə Moskvadakı Tretyakov Qalereyasında təqdim olunacaq. Bütün bu layihələr Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği işinə mühüm töhfədir”.
Qeyd edilib ki, meksikalı heykəltəraşın Mərkəzin daxili dizaynı ilə uzlaşan əsərləri iştirakçıların zövqünü oxşayacaq.
Anar Ələkbərov sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores sərginin açılışında iştirak edənləri Azərbaycan dilində salamlayıb.
Diplomat deyib ki, dünya şöhrətli Xorxe Marin Meksikanın müasir təsviri incəsənətinin ən görkəmli simalarındandır. Onun əsərləri Amerika, Avropa və Asiyanın əsas paytaxtlarında nümayiş olunub. Bu gün rəssamın Azərbaycanda, möhtəşəm Heydər Əliyev Mərkəzində açılan sərgisi bizi olduqca sevindirir. Burada sərgilənən əsərlər Xorxe Marinin sənətinin nəyə qadir olduğunu bir daha göstərir.
Sərginin xalqlarımız arasında dostluğun əyani nümunəsi olduğunu söyləyən səfir bildirib ki, belə layihələr Meksika ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da genişlənməsinə təkan verəcək.
Bakıda sərgisinin açılmasından qürur duyduğunu söyləyən Xorxe Marin ilk növbədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunur. Bu, Xorxe Marinin Şərqi Avropa regionunda ilk sərgisidir.
“Varlığın canlanması” adlı sərgi bir-birindən fərqlənən üç hissədən ibarətdir: “İnsan cəmiyyətdə”, “İnsan kosmosda” və “İnsan bir cisim və şüur kimi”. Sərginin adı sənətkarın şəxsi inkişafını, “özü”nü parçalayıb və sonradan tamaşaçıların Xorxe Marinin Heydər Əliyev Mərkəzindəki bürünc heykəlləri ilə canlı ünsiyyəti nəticəsində yenidən yığılmasını əks etdirir.
53 yaşlı Xorxe Marin 25 ildən artıqdır ki, yaradıcılıqla məşğuldur. Uzun sürən axtarışlardan sonra o, özünüifadəetmə vasitələri arasında bürüncə üstünlük verib və beləliklə, bu material onun yaradıcılığının səciyyəvi elementinə çevrilib. Xorxe Marin kiçik fiqurlardan monumental heykəllərə qədər müxtəlif ölçülü əsərlər yaradır. Onun işləri istər Meksikada, istərsə də digər ölkələrdə müxtəlif ictimai yerlərdə nümayiş olunub.
Xorxe Marin 250-dən çox fərdi və birgə sərgilərdə iştirak edib. Onun əsərləri Fransa, İspaniya, Portuqaliya, Türkiyə, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Kosta-Rika, Panama, Salvador, Qvatemala, Kanada, ABŞ, İngiltərə, Rusiya, Danimarka, Latviya, Serbiya, Sinqapur, Çin, Honkonq və İndoneziyanın muzey və qalereyalarında sərgilənib.
Heydər Əliyev Mərkəzində sərgi 2017-ci il martın 31-dək davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info