Meksikada tələbələr “Metsamor”un təhlükələri barədə məlumatlandırılıblar
Tarix: 31.10.2016 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Azərbaycanın Meksikadakı səfirliyi bu ölkənin ən böyük ali təhsil ocağı olan Meksika Milli Muxtar Universitetində “Dövlət müstəqilliyinin 25 illiyi və Azərbaycan müasir dövrdə” adlı tədbir keçirib.
Səfirliyin yaydığı məlumata görə, tədbirdə üç yüz nəfərə yaxın tələbə və müəllim iştirak edib.
Tədbirdə səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova Azərbaycan xalqının öz müstəqilliyini əldə etmək üçün apardığı mübarizədən, son 25 il ərzində ölkəmizdə həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlərdən danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Daha sonra müasir dövrün ən böyük problemlərindən biri olan nüvə təhlükəsizliyindən bəhs edən Mehriban Səmədova bildirib ki, atom energetikasının inkişafı bəşəriyyət üçün faydalı olmaqla yanaşı, bu enerji növü ilə ehtiyatsız davranma, ondan qərəzli istifadə və nəzarətsizlik kimi hallar çoxsaylı tələfatlara səbəb ola bilər. Buna əyani sübut kimi, o, “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətindən bəhs edib. Müvəqqəti işlər vəkili deyib: “1994-cü ildə qəbul olunan, Ermənistanın da qoşulduğu “Nüvə təhlükəsizliyi haqqında” Konvensiyanın 14-cü maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər nüvə qurğuları istismara verilməzdən əvvəl və istismar dövründə qurğunun təhlükəsizliyini hərtərəfli qiymətləndirilməli və qiymətləndirmənin nəticələri, radiasiya təhlükəsizliyi normativlərinin vəziyyəti barədə hesabatlar təqdim etməlidirlər. Lakin Ermənistan hökuməti bu tələblərə riayət etməkdən boyun qaçıraraq uzun illər ərzində mənəvi və fiziki aşınmaya məruz qalmış bu ölümsaçan obyektin istismarını davam etdirməkdədir”.
M.Səmədova bildirib ki, Ermənistanda atom elektrik stansiyasının mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır. Ermənistanın dənizə çıxışı olmadığı üçün qonşu Gürcüstan ərazisindən tranzit kimi istifadə olunur. Lakin cinayətkarlar yaxalanaraq Ermənistana təhvil verilən zaman onlar haqqında heç bir tədbir görülmür. Cəzasızlıq isə insanlıq əleyhinə yeni cinayətlərə şərait yaradır. Odur ki, müasir dövrdə bu qlobal təhlükənin qarşısının alınması üçün yeganə çıxış yolu dünyanın bütün tərəqqipərvər qüvvələrinin səylərini artırmasındadır.
Daha sonra auditoriyanı maraqlandıran və əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info