Qəzalı körpü bərpa edilib
Tarix: 31.10.2016 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpasına uyğun olaraq müvafiq işlər aparılır.
 
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 427-ci km-də yerləşən körpüdə bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən körpünün hər iki tərəfində 50 metr uzunluğunda mühafizə və yeni sutənzimləyici baraj qurğular inşa edilir.
 
Bundan başqa, diş konstruksiyasının dərinlik boyu hündürlüyü 1,2 metr artırılmaqla və dərinlik boyu örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılır və diametri 0,3 metr olan daşlardan istifadə edərək qoruyucu bərpa tədbirləri görülür.
 
Xatırladaq ki, cari ilin iyun-iyul ayları ərzində Şəmkir rayonu ərazisində aramsız yağan yağışlardan əmələ gələn sel suları nəticəsində yuyulma baş vermiş və körpü qəzalı vəziyyətə düşmüşdü. Belə ki, diametri 1,2 m-lik svay özül üzərində inşa edilmiş körpüdə məcrada baş vermiş eroziya nəticəsində dəmir-beton örtüklü körpü altı məcranın aşağı hissəsində 4,6 metr dərinlikdə yuyulma prosesi baş verib və saxlayıcı diş və dəmir-beton konstruksiyasının bir hissəsi dağılaraq qəzalı vəziyyətə düşüb.
 
Qeyd edək ki, 2011-ci ildə inşa edilmiş 3 aşırımlı körpünün uzunluğu 96,3 metr, eni 11,5 metr, çay məcrasından hündürlüyü isə 11 metrdir. Zəyəmçay üzərində inşa edilən körpü 377 min nəfər əhalinin yaşadığı Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpüdür və alternativ yol yoxdur.
 
Yolun beynəlxalq yük və sərnişin daşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info