DAA-nın Azərbaycan nümayəndəliyi Şəmkirdə olub
Tarix: 31.10.2016 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


DAA -nın növbəti səfəri Azərbaycanın dilbər guşələrindən olan Şəmkir şəhərinə oldu. Dünya Azərbaycanlıları Assambleyasının diaspora və lobbiçlilik üzrə vitse-prezidenti Sərraf Kərimov və Azərbaycan nümayəndəliyinin rəhbəri Könül Məmmədzadə ilk olaraq Heydər Əliyev mərkəzində olub. Mərkəzin əzəmətli görünüşü və maraqlı arxitekturası qonaqları heyran edib. Mərkəzin məsul işçisi Fəxri Yusibov nümayəndə heyətini mərkəzlə tanış edib. Nümayəndə heyəti eyni zamanda Şəmkir Heydər Əliyev Mərkəzində gənc xanım, istedadlı şairə Mətanət Quliyevayla da səmimi söhbət edib. Daha sonra qonaqlar YAP-ın Şəmkir rayon təşkilatının aparat rəhbəri Şövqü Həsənli və Mədəniyyət Mərkəzinin direktoru Tural Əliyevlə işgüzar görüş keçirib. Görüş çərçivəsində ölkəmizdə həyata keçirilən işlərdə əldə olunan uğurlardan danışılıb. Nümayəndə heyətinin növbəti görüşü Şəmkir rayon icra başçısının humanitar məsələlər üzrə müavini Məleyke Əlizadəylə olub. DAA-nın diaspora və lobbiçlik üzrə vitse-prezidenti Sərraf Kərim ölkə başçısı İlham Əliyevin Şəmkir rayonuna hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını xüsusi olaraq qeyd edərək, ölkədə həyata keçirilən düşünülmüş siyasət nəticəsində əldə olunan uğurlardan danışıb və bunun ən böyük nümunəsinin Şəmkir rayonunda son aylarda həyata keçirilən işlərin nəticəsində hər birimizin daha açıq gördüyünü vurğulayıb. Məleykə Əlizadə isə Dünya Azərbaycanlıları Assambleyasının nümayəndə heyətini Şəmkirdə görməkdən məmnun olduğunu bildirib və DAA-nın gələcək fəaliyyətində uğurlar arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info