Yunus Oğuzun “Sultan Alp Arslan” romanının təqdimatı olub
Tarix: 31.10.2016 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddəki “Kitab aləmi” Ticarət və İnformasiya Cəmiyyətində (TİC) yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən “Sultan Alp Arslan” romanının təqdimatı keçirilib.
Tədbirdə Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak edib.
Kitabı Azərbaycan dilindən özbək dilinə ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirib.
U.Kuçkar mərasimi açaraq bildirilib ki, “Sultan Alp Arslan” əsəri müəllifin “Əmir Teymur”, “Şah arvadı və cadugər“ romanlarından sonra Daşkənddə özbək dilində çap olunan üçüncü romanıdır. O, bu əsərlərinin tərcüməsi üzərindəki işindən danışıb, Yunus Oğuzla yaradıcı əməkdaşlığın davam edəcəyini bildirib.
AMM-in direktoru Samir Abbasov Y.Oğuzun həyat və yaradıcılığı haqqında məlumat verib, qeyd olunub ki, dünyanın 22 ölkəsində yazıçının 44 kitabı çap olunub. Yunus Oğuz “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah”, “Qədim türklər və rasionallıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları ilə tanınır.
TİC-in direktoru Azərbaycan ilə Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən ədəbi əlaqələr sahəsində əməkdaşlığın bugünkü səviyyəsindən söhbət açıb. O qeyd edib ki, burada “Azərbaycan guşəsi” yaradılacaq, bununla bağlı artıq AMM ilə razılıq əldə edilib. İkitərəfli əlaqələrinin qurulması, Azərbaycan şair və yazıçılarının kitablarının “Kitab aləmi” TİC-də təqdimatlarının, imza günlərinin, müxtəlif görüşlərin keçirilməsi, onların kitablarının satışının təşkili fəaliyyətimizin əsas istiqamətidir.
Alim-tərcüməçi Babaxan Şərif, şair və tərcüməçi Mirpolat Mirzə, jurnalist Rüstəm Cabbarov, professor Səadət Muxammedova, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, professor İbrahim Yuldaşev və başqaları Yunus Oğuzu təkcə Azərbaycanın deyil, türk dünyasının tanınmış yazıçısı, nadir tarixi romanlar müəllifi kimi xarakterizə ediblər.
Tədbirdə Y.Oğuz Özbəkistanda çap edilən əsərləri üzərindəki işindən danışıb, kitabların nəşrində əməyi olanlara təşəkkürünü bildirib, gələcək planlarından söhbət açıb.
AMM-in “Azərbaycan qızları” rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa edib.
Sonda “Sultan Alp Arslan” romanının imza mərasimi olub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Yay Olimpiya Festivalı zamanı xüsusi avtobuslar ayrılacaq
17.07.2019
Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir
17.07.2019
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17.07.2019
“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
17.07.2019
Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info